15:19 22.03.2020 355

AFFA, əcnəbi üçün ayırdığın pulu Dəstək Fonduna köçür!

Qayğsız illər bəzi insanlara yalnız almağı, qamarlamağı öyrədib. Onlar işlədiyi dövrdə bütün layihələri çalışdıqları sahəni inkişaf etdirmək yox, daha çox qazanmaq üçün fikirləşiblər. Gözləri daim sponsorların, xüsusən də dövlətin cibində olub.

İndi fors-majordu. Hər şey unudulub və bütün ölkə koronavirusla mübarizə üçün səfərbər olub. Sıravi insanlar heç nə etmir, ölkə əhalisinin nümunəvi qismi sadəcə, evində oturmaqla pandemiyanın qurbanı olmamağa, eyni zamanda epidemiyanın kütləviləşməməsinə töhfə verir. Əsas yük dövlətin üzərindədi və dünyadakı proseslərə müqayisəli yanaşsaq, Azərbaycanda ciddi işlər görüldüyünü deyə bilərik.

Dövlətin gücü var, ehtiyatlar mövcuddu və əhalinin qorunması üçün maksimum çalışmaları görürük. Lakin virusla mübarizənin nə qədər davam edəcəyi bəlli deyil, daha ehtiyatlı, daha tədbirli olmaq gərəkdi. Bu səbəbdən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini ianə kimi fonda köçürməklə nümunəvi addım atdı, yol göstərdi. Ölkə başçısının ardınca irili-xırdalı şirkətlər, kampaniyalar aksiyaya qoşulub və xəstəliyin fəsadlarını aradan qaldırmaq üçün maliyyə ehtiyatı yaradılır, vəsait dərman preparatlarının, müxtəlif cihazların alınmasına sərf edilir.

Təəssüf ki, futbol təsərrüfatı bu çağırışa qoşulmur. Bağ evində top çiləməklə sosial aksiya başladanlar, qeyri-ciddi görünənlər özünütəbliğlə məşğul olmaq əvəzinə məhz ciddi addımla gündəmə gəlməlidi. Öncə AFFA, ardınca klublar ciddi maliyyə yardımı ilə seçilməlidi.

Təbii ki, sponsorlardan, xüsusilə SOCAR-dan asılı olan futbol camiəmiz üçün bu addım mümkünsüz görünür. Lakin heç də belə deyil. Söhbət qazanılan pulu fonda köçürməkdən getmir, büdcəyə ayrılan maliyyənin müəyyən qismindən imtina etməklə də axına qoşulmaq olar.

Məsələn, ötən il AFFA Nikola Yurçeviçi milli komandamıza baş məşqçi gətirib, 1 milyon avronu havaya sovurdu. Heç bir perspektivi olmayan xorvata verilən milyonlar dağıdıldı. Nəticəsinin olmayacağını bilə-bilə bu pulu göz qırpmadan xərcləyən AFFA indi dərs çıxarmalıdı. Hazırda yığma komandamız başsızdı və futbol təsərrüfatında həyat dayandığından yeni əcnəbiyə ehtiyac da yoxdu.

Pandemiya bu şəkildə geniş vüsət almasaydı, yəqin ki, milli komandamız indi hansısa əcnəbiyə tapşırılmışdı. Ötən il uğursuz bitdiyindən, bu dəfə daha adlı-sanlı biri gətiriləcək və daha böyük məbləğ – 2-3 milyon avro xərclənəcəkdi. Hər şey təxirə salındı və mart bitməkdədi. Deməli, azı 3 ayın xərcinə qənaət olunub və indiki halda yeni əcnəbi məşqçiyə də gərək yoxdu. Üstəlik, Malta toplanışı ləğv olunub və oradan da vəsaitə qənaət edilib.

İndi AFFA vəziyyət düzələndən sonra yığmanı hansısa azödənişli yerli məşqçiyə tapşırmaq variantını nəzərdə tutaraq, əcnəbi məşqçi üçün planladığı böyük vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməli, ümumi bəlayla mübarizəyə töhfəsini verməlidi. Bu milyonlar milli komandamıza heç bir fayda verməyəcəkdi, heç olmasa, ölkə əhalisinin təhlükəsizliyi baxımından bir işə yarasın. AFFA rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri vəzifə maaşlarından deyil, gizlicə aldıqları "paketlər”dən imtina etsə, bu da aylıq yarım milyon manata yaxın vəsait edər.

SOCAR ötən il AFFA-ya sponsorluq çərçivəsində 11 milyon manat ödəyib, 2020-də də vəsait aşağı-yuxarı eyni olacaq. Və assosiasiya milli komandalara 12 milyona yaxın xərc çəkir. Əcnəbi məşqçidən imtina və ötən üç ayın qənaəti təqribən 3 milyon deməkdi. Deməli, AFFA SOCAR-dan gələn həmin maliyyəni fonda köçürə bilər və köçürməlidi. İndi futboldan da vacib işlər var. Dövlət virusla mübarizə apararkən gələcək havayı pulları gözləmək vicdansızlıqdı.

Bəli, futbol təsərrüfatındakılar daim ancaq gələn pulu hesablayıb, gözü sponsorların cibində olub. İndi ümumi bəla ilə mübarizə üçün fərqli düşüncənin zamanıdı. Prezidentin nümunəvi addımına AFFA-nın necə cavab verəcəyini maraqla gözləyirik.
 
Mənbə: Futbolinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2020
02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:58

Gürcüstan federasiyasının prezidenti azərbaycanlı oldu

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:29

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

09:06

Avropa Liqası: 1/4 finalda görüşəcək cütlüklər

08:54

Ronaldu yeni imicdə - FOTO

01:04

AL: Bütün 1/4 finalçılar bilindi

00:08

Millimizin sabiq baş məşqçisi postundan getdi

06 Avqust 2020
19:56

Çilili forvard "İnter"lə müqavilə bağladı - RƏSMİ

17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

17:16

"Fənərbağça"da yeni baş məşqçi

16:52

Sançesin “İnter”ə keçidi rəsmiləşdi

16:25

"Fənərbağça"dan yeni transfer - 4 illik müqavilə imzalandı

15:58

Dördqat dünya çempionu yeni komandada

15:05

"Kim oyunçu axtarırsa..." - Moytsa Pene

14:46

Azərbaycan və Türkiyə şahmatçıları yoldaşlıq görüşü keçirəcək

14:17

Azərbaycan klubu avrokuboklarda iştirakdan imtina etdi

13:53

"Zirə"dən ayrılan legioner Azərbaycanı tərk edə bilmir

13:32

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

13:11

Avropa Liqası: 1/8 final mərhələsinə yekun vurulur

12:55

Futbol federasiyasının prezidenti koronavirusdan öldü

12:30

Azərbaycan klubu ispaniyalı məşqçi ilə anlaşdı

12:16

Paytaxt klubu satıldı - 591 milyon avroya

11:59

Sumqayıtda sökülən stadion necə olacaq? - FOTOLAR

11:44

UEFA-dan Azərbaycan klublarına məktub: 40 min verib, şərt qoydular - ÖZƏL

11:30

UEFA reytinqi: Azərbaycan yerində sayır

11:18

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

11:10

"Qalatasaray"a geri dönən Arda Turan: "Çox xoşbəxtəm"

10:50

98 yaşlı klub müflis olub dağıldı

10:29

"Qarabağ" "Keşlə"ni peşman etdi

10:01

"Mançester Yunayted" rəqibini belə üstələdi - VİDEO

09:45

Alman klubu "Şaxtyor"la bacarmadı - VİDEO

09:21

"İnter"dən qələbə - VİDEO

09:00

"Başakşəhər" Avropa Liqası ilə vidalaşdı - VİDEO

00:50

AL: "Kopenhagen" "Başakşəhər"i darmadağınla keçdi

Facebookdan bizi izləməyi unutmayın.