Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Müstəqil Antidopinq Komissiyasının bir il müddətində idmançıların yarışlardan kənarlaşdırılmasına səbəb olan qayda pozuntularının sayının azaldılması barədə tövsiyəsini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
IWF antidopinq qaydaları ilə bağlı maddənin 12-ci bəndini bərpa edib. Bu isə o deməkdir ki, bundan sonra idmançılara cəza verməkdən ötrü il ərzində 4 deyil, 3 qayda pozuntusu kifayət edəcək.
Qurumun prezident səlahiyyətlərini icra edən Maykl İrani bildirib ki, qərar son illərdə ağırlıqqaldıranların qorunması və şəffaflığın təşviqi sahəsində qazanılmış irəliləyişi davam etdirmək üçün qətiyyəti əks etdirir.
Fanat.Az