Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.
Fanat.az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.
Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.
11.23
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd bilinib.
Fanat.Az xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Konfransda Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.
Hazırda AAAF-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edir.