UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Bayer Leverkuzen” - “Qarabağ” oyununun təyinatları məlum olub.
Fanat.Az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Szabols Kovaç yerinə yetirəcək.
VAR-da portuqaliyalı Tiaqu Martins və italiyalı Paolo Valeri olacaq.
Oktyabrın 26-da reallaşacaq “Bayer” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.