Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Molde" ilə üz-üzə gəlib.
Qrupdan çıxmaq baxımından vacib duel ərəfəsində hər iki komandanın 6 xalı vardı. F qrupunda yer alan "Qarabağ" ikinci, "Molde" isə üçüncü pillədə qərarlaşmışdı.
Oyunda hesabı Azərbaycan çempionu açıb. Amma matçın sonlarında meydan sahibləri iki qol vurmağa nail olublar. Ruhdan düşməyən Azərbaycan təmsilçisi əlavə vaxtda hesaba tarazlıq gətirməyi bacarıb. Beləcə, "Qarabağ" çətin səfərdən vacib heç-heçə ilə qayıdıb və ikinci pillədəki mövqeyini qoruyub.
UEFA Avropa Liqası
Qrup mərhələsi, V tur
30 noyabr
Molde - Qarabağ 2:2
Qollar: Kristian Eriksen, 82; 87 - Olavio Juninyo, 12. Bəhlul Mustafazadə, 90+5.
Baş hakim: Erik Lambrext (Belçika)
Molde: 12. Oliver Petersen, 3. Kasper Öyvann, 6. Martin Ellinqsen, 7. Maqnus Eykrem (k), 9. Veton Berişa, 16. Emil Breyvik, 19. Eyrik Hauqan, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 28. Kristoffer Hauqen, 31. Matias Lovik.
Ehtiyat oyunçular: 34. Peter Lervik, 2. Martin Byörnbak, 10. Erik Kitolano, 25. Anders Haqelskyaer, 33. Niklas Edeqor, 36. Filip Kristoffersen, 37. Leon Hovland, 46. Andreas Miklebust, 50. Qustav Niheym.
Baş məşqçi: Erlinq Moe
Qarabağ: 99. Andrey Lunyov, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.