UEFA Avropa Liqasının dünən baş tutan finalında "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edən "Tottenhem"in müdafiəçi Mikki van de Ven Bilbaodakı görüşün ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, bir epizodda topu boş qapıdan çıxararaq qələbədə böyük pay sahibi olan niderlandlı futbolçunun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İnanılmaz hisslərdir. Biz həmişə özümüzə inanmışıq. Hər birimiz: oyunçular və klubun bütün əməkdaşları. Azarkeşlərimiz də daxil olmaqla, bu qələbəni hamımız haqq edirik.
Top qapımıza doğru gedəndə öz-özümə düşündüm: "Görəsən bunu necə edəcəm?" Topu boş qapıdan çıxarandan sonra arxası üstə yerə çırpıldım. Onu dəqiq deyə bilərəm ki, burada qazon yumşaq deyil. Hələ epizodun videogörüntülərinə baxmamışam. Amma istənilən halda, komandama kömək etdiyim üçün xoşbəxtəm".
Nihat