Son günlər Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, UEFA Avropa Liqası turnirinin play-off mərhələsi çərçivəsində oktyabrın 1-də, Polşanın paytaxtı Varşava şəhərindəki "Wojska Polskiego” stadionunda keçiriləcək "Legiya” – "Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.
Fanat.Az xəbər verir ki, müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel” stadionunda keçirilmiş "Düdelanj” - "Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılaraq bildirilib ki, "Legiya” – "Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.
Fanat.Az