Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri matçla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis səfərdən xal və ya xallarla qayıdacaqlarına ümid etdiyini bildirib. Rıza Çalımbay "Qarabağ" və "Makkabi" ilə ev oyunlarının daha vacib olduğunu eyib:
"Vilyarreal" güclü komandadı. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq. Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq. Qrupda ilk matç çox önəmlidi. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Həmi gün eyni saatda "Qarabağ"ın İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi" ilə görüşü start götürəcək.