00:08 22.10.2020 800

"Makkabi"nin baş məşqçisi: "Qarabağ"ı məğlub etməliyik"

"Qarabağ" çox ciddi komandadır. Yaxşı təcrübəyə sahibdirlər. Dəfələrlə Avropa Liqasında və Çempionlar Liqasında oynayıblar".

Fanat.Az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Ağdam təmsilçisini təhlik etdiklərini bildirib: "Qarabağ" müdafiədə, hücumda balanslı və güclü komandadır. Bizi çox çətin oyun gözləyir. Hədəfimiz avrokuboklarda qrup mərhələsinə qatılmaq idi. İlk hədəfimizə çatdıq. Hər oyunda xal qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, yaxşı oynasaq, qrupdan çıxa bilərik. Amma addım-addım getməliyik. Hələ ki, yalnız sabahkı oyunu düşünürük. Özümüzə inanırıq və bir neçə hədəfimiz var. Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq".

Yunanıstanlı baş məşqçi həftə ərzində koronavirus səbəbindən 5 oyunçu olmadan məşq etdiklərini sözlərinə əlavə edib: "Düşünürəm ki, son iki həftə bizim üçün yaxşı oldu. Çünki bəzi oyunçular koronavirusdan sağaldı və məşqlərə qoşuldu. Bu gün komanda ilə məşqə başlayanlar sabahkı oyuna hazırdır. Futbolçuların bəziləri xəstəliyi simptomsuz keçirib və məşqlərdə yaxşı çalışırdılar. Bəziləri isə özlərini yorğun hiss edir. Hər oyunçu fərqli vəziyyətdədir. Matçı qazanmaq üçün meydana hansı 11 futbolçunu buraxacağımıza qərar verməliyik".

Donis cəza səbəbindən texniki zonada yer almayacağını xatırladıb: "Köməkçim texniki zonada əyləşəcək. Oyunçulardan xahiş etdiyim odur ki, xırda şeylərdən xəbərdar olsunlar. Düşünürəm ki, peşəkar komanda ilə birlikdə çox yaxşı iş görə bilərlər. Mənim üçün texniki zonada olmamaq çətindir, növbəti dəfə reaksiyalarıma daha diqqət yetirməyə çalışacağam".

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X