Türkiyə Super Liqasının son qalibi "Başakşəhər" Avropa Liqasının I qrupunun II turunda bu gün İstanbulda "Vilyarreal"la qarşılaşacaq "Qarabağ"a dəstək verib.
Fanat.Az xəbər verir ki, matçın keçiriləcəyi "Başakşəhər Fatih Terim" stadionunun ətrafında Ağdam təmsilçisi ilə bağlı pankartlar yerləşdirilib.
Pankartların üzərində "Yanındayıq, "Qarabağ"! Avrokuboklarda uğurlar!" şüarları qeyd olunub.
Azərbaycandan oyuna yollanan jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində "Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.