"Başakşəhər”in qələbəsindən sonra biz də özünəinam qazandıq”.
Fanat.Az xəbər verir ki, bu sözlər "Sivasspor”un prezidenti Məcnun Otyakmaza məxsusdur.
Klub rəhbərinin sözlərinə Avropa Liqasında "Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışaraq davam edib: "Klubu, prezidenti və baş məşqçini təbrik edirəm. Bu gün qalib gəldik və şadıq. Dünənki qələbə bizə də özünəinam bəxş etdi. İlk dəfə 3 xal qazandıq. Bundan sonrakı matçlarda da eynisini yaşamaq istəyirik. "Makkabi” oyunu ilə birlikdə qrupdan çıxmağı təmin etmək arzusundayıq. Super Liqanın növbəti turunda "Qalatasaray”la görüşəcəyik. Yorğunluqdan söhbət belə gedə bilməz. Normal yerimizi tutmaq üçün qalib gəlmək istəyirik”.
Qeyd edək ki, qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə görə ev oyunlarını neytral meydanda keçirir.
Fanat.Az