Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Azərbaycana dəstək olub.
Fanat.Az xəbər verir ki, 55 yaşlı funksioner Azərbaycanın Türkiyə ilə dost və qardaş ölkə olduğunu söyləyib: "Azərbaycanın mübarizəsində daim onlarla birlikdəyik. Allah ədalətli olanın və haqlının yanındadır. "Qarabağ" klubuna da uğurlar arzulayıram".
Qeyd edək ki, ötən gün Avropa Liqasının qrup mərhələsinin III turunda "Sivasspor" öz meydanında "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, IV turun oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə əlaqədar ev oyunlarını neytral meydanda keçirəcək.
Fanat.Az