İspaniyanın "Vilyarreal" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçı üçün təyinatlar açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Mykola Balakinə onun köməkçiləri Andrii Skrypka və Semen Shlonchak yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Yevhenii Aranovskiy yerinə yetirəcək
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.