Dünən Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib.
"Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış "Vilyarreal” Avstriyada "Zalsburq”la münasibətlərinə aydınlıq gətirib və inamlı qələbə qazanıb. "Olimpiakos" PSV-nin qapısına 4 qol vurmaqla iddiasını ortaya qoyub.Təl-Əviv "Makkabi”si İsraildə Ukrayna "Şaxtyor”una uduzubsa, "Krasnodar" "doğma divarlar arası"nda Zaqreb "Dinamo"suna boyun əyib.
"Mançester Yunayted” səfərdə "Real Sosyedad”ı darmadağın edibsə, "Tottenhem” rəqib meydanında "Volfsberger”ə oxşar aqibəti yaşadıb. London "Arsenal”ı "Benfika” ilə səfər matçında heç-heçəyə razılaşıb. "Milan” da Serbiyada "Srvena Zvezda” üzərində qələbəni son anda əldən verib. "Ayaks” isə Fransada "Lill”ə üzərində əzmkar qələbə qazanıb. Maraqlı nəticələrdən biri "Napoli”nin İspaniyada "Qranada”ya yenilməsi olub.
Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24-25 fevralda baş tutacaq.
Avropa Liqası
1/16 final mərhələsinin ilk oyunları
18 fevral
"Dinamo” (Kiyev, Ukrayna) – "Brügge” (Belçika) 1:1
Qollar: Buyalski, 62 - Mexele, 67.
"Olimpiakos” (Yunanıstan) – PSV (Niderland) 4:2
Qollar: Buxalakis, 9. Mvila, 37. Əl-Arabi, 45+2. Masuras, 83 - Zahavi, 14; 40.
"Yanq Boyz” (İsveçrə) – "Bayer” (Almaniya) 4:3
Qollar: Fassnaxt, 3. Sibaço, 19; 89. Elia, 44, - Şik, 49; 52, Diabi, 68.
"Krasnodar” (Rusiya) – "Dinamo” (Zaqreb, Xorvatiya) 2:3
Qollar: Berq, 28. Klaesson, 69 - Petkoviç, 15; 54. Atimven, 75.
"Braqa” (Portuqaliya) – "Roma” (İtaliya) 0:2
Qollar: Dzeko, 5. Mayoral, 86.
"Slaviya” (Çexiya) – "Lester Siti” (İngiltərə) 0:0
"Srvena Zvezda” (Serbiya) – "Milan” (İtaliya) 2:2
Qollar: Kanqa, 52-pen. Pavkov, 90+3 - Pankov, 42-öz qapısına. T.Ernandes, 61.
"Real Sosyedad” (İspaniya) – "Mançester Yunayted” (İngiltərə) 0:4
Qollar: B.Fernandes, 27; 57. Reşford, 65. D.Ceyms, 90.
"Volfsberger” (Avstriya) – "Tottenhem” (İngiltərə) 1:4
Qollar: Lindl, 55-pen. - Son, 13. Beyl, 28. Moura, 34. Vinisius, 88.
"Lill” (Fransa) – "Ayaks” (Niderland) 1:2
Qollar: Vea, 72 – Tadiç, 84-pen. Brobbi, 89.
"Makkabi” (Təl-Əviv, İsrail) – "Şaxtyor (Donetsk, Ukrayna) 0:2
Qollar: A.Patrik, 31. Tete, 90+3.
"Qranada” (İspaniya) – "Napoli” (İtaliya) 2:0
Qollar: Y.Herrera, 19. Kenedi, 21.
"Molde” (Norveç) – "Hoffenhaym” (Almaniya) 3:3
Qollar: Ellinqsen, 41. Andersen, 70. Fofana, 74 – Dabbur, 8; 28. Baumqartner, 45+3.
"Zalsburq” (Avstriya) – "Vilyarreal” (İspaniya) 0:2
Qollar: Alkaser, 41. Nino, 71.
"Antverpen” (Belçika) – "Reyncers” (Şotlandiya) 3:4
Qollar: Avenatti, 45. Refaelov, 45+8. Honqla, 66 – Aribo, 38. Braişiç, 59-pen; 90-pen. Kent, 83.
"Benfika” (Portuqaliya) – "Arsenal” (İngiltərə) 1:1
Qollar: Pizzi, 55-pen – Saka, 57.
Fanat.Az