19:05 17.03.2023 336

“İndiki müqavilə ilə o günlərə qayıtmaq mümkün deyil” - Fariz Nəcəfov

“Qəbələ” yeni sponsorla - “EUROCLİMA” MMC ilə anlaşıb. 

Fanat.Az-ın məlumatına görə, anlaşma ilə bağlı tədbir keçirilib. Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan “Qəbələ” - “Şamaxı” matçından öncə keçirilən tədbirdə “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov və şirkətin təsisçisi Aslan Abdullayev iştirak edib. 

Hər iki rəhbər fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

Fariz Nəcəfov: “Büdcəmizin aşağı düşdüyünü hamımız bilirdik. Aslan müəllimlə münasibətlərimiz var. O da klubumuzun fəaliyyətini izləyirdi. Büdcənin azalması akademiyanın da fəaliyyətinə təsir etdiyindən söhbət düşəndə bunu Aslan müəllim eşitmişdi. Söhbət əsanasında “Qəbələ”nin akademiyasına, uşaq futboluna dəstək olmaq istəyini bildirdi. Bu barədə razılaşdıq. Nəticədə bizim üçün xoş olan layihə yarandı. Müqavilə 3 ilik nəzərdə tutulub. Həmişəki kimi məbləği açıqlamaq fikrində deyilik”.

Aslan Abdullayev: “Qəbələ”nin akademiyasının inkişafında zəhmətimi göstərmək mənim üçün çox xoşdur. Bilirdik ki “Qəbələ” uşaq futboluna çox geniş yer ayırır. Bəlkə də bu sahədə birinci yerdədir. Bu gün Azərbaycanın əsas liqasında iştirak edən klubların hər birinin tərkibində bu akademiyanın yetirmələrini görmək olur. Bu illərdə maliyyə böhranının təsirindən də xəbərimiz oldu. Uşaq futbolunun inkişafına dəstək göstərməyi düşündük. Ümumiyyətlə gəncləri məşğuliyyəti istiqamətində bir çox layihələrdə iştirak edirik. Gənclərin pis vərdişlərdən aralanıb futbolla məşğul olmasına akademiya bir vasitədir. İnşallah, akademiya uzun illər ərzində fəaliyyətini davam etdirər və neçə gənc insanlara gözəl istiqamət verər. “Qəbələ”yə uğurlar arzu edirəm. Komanda bizi avrokuboklarda sevindirsin”.

- Niyə seçim zamanı məhz “Qəbələ”yə üstünlük verdiniz? Digər tərəfdən bu əməkdaşlıq şəxsi müstəvidədir, yoxsa özünüzün də futbola marağınız var?

- A.A. Futbola çox böyük həvəsim var, izləyirəm. Niyə akademiyanın inkişafına dəstək olmağa qərar verdim? Görünürdü ki, bu klub köklü iş görür. Xüsusən də uşaq futboluna diqqət ayırır, bu yöndə əsaslı işlər görür. Həm meydançalar, həm akademiyanın yaşayış yeri baxımından deyirəm. Çox bəyəndim. Bu gün klubun çox böyük yolda olduğunu görürük. Fürsət yaranada bunu “Qəbələ”  üçün etməyi özümə borc bildim.

- “Qəbələ”nin akademiyasının bu dəstəkdən sonra əvvəlki günlərini qaytarmaq baxımından irəliləyiş varmı?

- F.N. Səmimi desəm, yox. İndiki müqaviləyə ilə o günlərə qayıtmaq mümkün deyil. Akademiyanın əvvəlki və indiki halını tam çılpaqlığı ilə müqayisə etmək mümkün deyil. Akademiyada hazırda vəziyyət ürəkaçan deyil. Ancaq inanıram ki, indiki vəziyyətlə müqayisədə bir neçə dəfə yaxşılaşacaq. Əvvəllər hər yaş qrupu ən azı bir dəfə Avropaya səfər edirdi. Turnir keçirirdik. Adlı-sanlı komandalar dəvət olunurdu. Səhv etmirəmsə, artıq 4-cü ildir ki, yalnız U-19 komandamız Çempionlar Liqasında iştirak etdiyinə görə səfərdə olub. Digər komandalarımız kənara çıxa bilmirlər. Komandanın təcrübə toplaması üçün turnirlərdə iştirakı çox vacibdir. Bunsuz futbolçunun inkişafı mümkün deyil.

- Yeni anlaşma akademiyanın maliyyə çatışmazlıqlarının təxmini neçə faizini qarşılayacaq?

- F.N. Bu akademiyanı hansı səviyyədə görmək istəyimizdən asılıdır. Əvvəlki vəziyyətinə qaytarmaq istəyiriksə, çox az bir hissəsini. O vaxtdan indiyə görün nə qədər dəyişiklik olub. Hətta yerli mütəxəssisləri saxlamaq imkanımız belə saxlamaq imkanımız aşağı düşmüşdü. Xarici mütəxəssisləri göndərdik. Faizlə deməyim, Amma qat-qat yaxşılaşacaq.

- Siz bunu sosial layihə kimi görürsünüz, yoxsa formanın arxasında şirkətin reklamı olacaq deyə belə qərar verdiniz?

- A.A. Bu işə əsasən sosial layihə kimi yanaşıram. Gənclərin məşğulluğu, uşaqların can atmasına şərait yaratmaq istəyirik. Uşaqların o arzularla yaşamasını istəyirəm. İnşallah, arzuları onları pis yollardan çəkindirər. Həm də gözəl futbolçular yetişər. 

- Simvolik formada olan 39 nömrənin xüsusi anlamı varmı?

- F.N. Aslan müəllim çox vətənpərvərdir. Qubadlı rayonundandır. Bunu nəzərə alaraq rəmzi şəkildə 39 nömrəsini yazdıq.

- Sizi “Qarabağ”ın oyunlarında görmüşdük. “Qəbələ”nin oyunlarında da görə biləcəyik?

- A.A. Əlbəttə. “Qarabağ”ı hər yerdə izləyirik. 

- Sponsorluq müqaviləsində gələcəkdə Qəbələdə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub?

- F.N. Aslan müəllimin ayırdığı məbləğ birmənalı şəkildə sırf akademiyaya yönəldiləcək. Akademiya rəhbərliyi ilə danışanda qərara aldıq ki, ən azı hansısa komandalarımızı səfərə, xarici turnirlərə göndərək. Hansı ki, həmin turnirlərdə xərclər təşkilatçılar tərəfindən qarşılanır. Digər tərəfdən akademiyanın işçi heyətində, məvaciblərində dəyişiklik etmək istəyirik. Sağ olsunlar məşqçilərimiz əsasən də məvacib baxımından müəyyən çətinliklərə dözdülər, klubu tərk etmədilər. İş keyfiyyətinin yüksək olması üçün, işçilər xoşbəxt yaşamalıdırlar. 

- Akademiyada hər hansı dəyişiklik nəzərdə tutulur?

- Akademiyanın rəhbəri ilə görüşəndə direktor və sair vəzifələrdə dəyişiklik təklif olundu. Ancaq indiki halda bu çətindir. Çünki mütəxəssis müəyyən şərtlərlə, tələblərlə gəlir. Onu da qınamaq olmaz. Ola bilər gələcəkdə hansısa şirkətlə anlaşaq. Akademiyanı o səvuyyəyə çatdırmaq fikrimiz birmənalıdır. Bizim üçün priroritet məsələ uşaq futboludur. Azərbaycanda da indiki halda prioritet bu olmalıdır. Kütləviliyin artması, futbolun daha geniş auditoriya tərəfindən sevilməsini mən də istəyirəm. 

- Azərbaycanda futbol akademiyası saxlamaq üçün illik nə qədər vəsait tələb olunur?

- F.N. Hansı səviyyədə akademiyanın nəzərdə tutulması şərtdir. Məsələn, minimum uşaq futbol məktəbi ola bilər. Buna o qədər də ciddi məbləğ lazım deyil. Deyim ki, büdcə azalmamışdan öncə bizim akademiyada 100-ə yaxın uşaq var idi. Bəzən 80, bəzən 90 olurdu. Onlar il boyu akademiyada qalır, qidalanır, xarici turnirlərə gedir, xarici mütəxəssislərin rəhbərliyi altında hazırlaşırdılar. O vaxt bizim akademiyaya təqribən 1 milyon dollar civarında pul xərclənirdi.

- Gələcəkdə “Qəbələ”nin akademiyası deyil, əsas futbol komandası ilə də hər hansı sponsor müqaviləsi imzalamağınız mümkündürmü?

- A.A. Gələcəkdə nəzəri cəhətdən hər mümkündür. Tək mən yox, başqalarının da futbolu dəstəkləməsi xoş bir təşəbbüs olar. Azərbaycanda idmanın təbliğ olunması, kütləviləşməsi baxımından sizlərin də üzərinə böyük məsuliyyət düşür və öhdəsindən də layiqincə gəlirsiniz. Sizə daha da uğurlar arzu edirəm.

- Bu layihəni gələcəkdə genişlətmək kimi planınız var?

- A.A. Səmimi deyim, xeyr. Heç bu haqda fikirləşmirəm. Vəziyyətdən asılıdır, təki olsun. İmkan yaranarsa bütün qüvvəmi bura yönəldərəm. Qəbələ ucqar rayondur. Burdakı məşğulluğu qoruyub saxlamaq lazımdır. 

- “Qəbələ”nin akademiyasında müəyyən gəlir əldə etməyi gözləyirsinizmi?

- A.A. Vallah, gəlir məni düşündürmür. Heç mənim ona aidiyyatım yoxdur. Təki gəlir olsun. İnşallah gəlişim uğur gətirsin, böyük futbolçular yetişsin, satıb qazanc əldə etsinlər.

- Xeyli məşq meydançalarınız var və onların saxlanması xərc tələb edir. Bu yöndə vəziyyət necədir?

- F.N. Rəqəm hamıya məlumdur. Bu mövsümdən dövlət tərəfindən futbolun inkişafı üçün ayrılan məbləğin daxilindədir həmin xərclər. Əziyyət çəkdiyimiz vaxtlar oldu. Üstünlüyümüz onda oldu ki, inventarlar yaxşı vaxtlarımızda alınmışdı. Ota baxan işçilərimiz də öz yetirmələrimizdir. Bu günə kimi otun səviyyəsinin qorunub saxlanmasında bu iki amilin rolu böyük oldu. Ciddi problemimiz yoxdur. Bu il əsas meydançamızın otunu dəyişdirmək qərarına gəlmişdik. Sonda növbəti mövsümə saxlamağı məsləhət bildik.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X