15:41 03.04.2023 2113

Şap elə bilir şupdadır - "Kəpəz"də

Futbol hər yerdə futboldur. İngiltərədə bu idman növünü 12 nəfərlə oynamırlarsa, Almaniyada bir qapını eyni vaxtda iki qolkiper qorumursa, Uruqvayda "qırmızı" əvəzinə bənövşəyi  vərəqə göstərilmirsə, Mozambikdə qapıların uzunluğu 9 metr deyilsə, Azərbaycandakı da futboldur. Bütün hallarda, bizim özümüzə görə öz futbolumuz var, onların da öz. 

Əlqərəz, yaşıl qazon üzərində hərəyə 11 nəfərlə mübarizə aparmağın yolu bir olsa da, nəinki hər ölkənin, hər klubun belə, özünəməxsus ab-havası, spesifik aurası var. Azərbaycanlıyıqsa, ən sadə məntiqlə, öncə özümüzünkülərin özəlliklərindən xəbərdar olmalı, oğrumuzu, doğrumuzu tanımalıyıq. Məsələn, martın sonlarında keçirdiyi iki rəsmi oyunda 9 qol buraxan yığmanın - ölkə futbolunun aynasının niyə futbolumuzu bütün dünyaya bu dərəcədə eybəcər göstərdiyinin gerçək səbəbləri ilə maraqlanmalıyıq. 

Məqsədim bu yazıda İsveçlə səfər matçında 5 cavabsız qol "yeyəndən" sonra xəcalət çəkmək, üzr istəmək əvəzinə günahı onun-bunun üstünə atan, əla mübarizə aparmaqdan dəm vuran Canni De Byazini və onu seçməmizə calayanları yenidən ağ yuyub qara sərmək deyil. Əlbəttə, beynəlxalq müstəvidə ölkənin idman imicini gülüş obyektinə çevirənləri "qamçılamadan" öncə yuxarıda qeyd etdiyim kimi, daxili xaosu qurdalamaq məsləhətdir. Bir qədər obrazlı desəm, illərlə qaynasa da, içindəkini bişirə bilməyən qazanın qapağını açmaq dəmidir...

Həftəsonu canlı izlədiyim "Kəpəz" - "Səbail" matçının (1:0) ardından məni özəllikləri ilə emosiyalar burulğanına atan Gəncə futbolundan yazmağı özümə növbəti dəfə borc bildim. Örənimiş örüş yerini xatırladan meydandakı palçıq döyüşünü qazanan gəncəlilərin baş məşqçisi Tərlan Əhmədovun son iki ayın maaşını almayan, əksəriyyəti qəpik-quruşa oynayan futbolçulardan qurduğu komanda ilə xal və xallar qazanmasına təəccüblənməmək mümkün deyil. Adam bunu "Qəbələ"nin, "Sumqayıt"ın, "Səbail"in baş məşqçi postunda bacarsaydı, hər şeyə idman prinsipləri prizmasından yanaşar, ortaya tam fərqli mövqe qoyardım. Fəqət məlum şərait fonunda, nəinki gəncəli olmayan Əhmədovu, özləri də bir-birini həzm etməyən yerli futbol veteranlarının əhatəsində baş çıxardana böyük hərflərlə BRAVO düşür. 

Təbii, matça baxmaqla kifayətlənmədim. Fikrimi qətiləşdirmək və bu cümlələri ədaləti tapdalamadan sizlərə çatdırmaq üçün həm gəncəli veteranları, həm kluba yaxın digər mənbələri, həm də vicdanımın səsini dinlədim. Nizami yurdunda ümumi ab-hava baxımından yaxşıya doğru dəyişən mənzərə azarkeşlərin tribunalar toplaşaraq Əhmədovu və komandanı dəstəkləməsidir. Sırf bu faktın arxasından sadə gəncəlilərin futbol sevgisi, ciddi uğur həsrəti boy göstərir. İdarəçilərin, veteranların, kənarda qaldığı halda, klubda işləməli olduğunu düşünən digərlərinin ümumi fikrinə gəlincə, durum olduqca acınacaqlıdır. Hazırda "Kəpəz"də əsas söz sahibinə çevrilmək uğrunda iki yox, azı üç cəbhə bir-biri ilə ixtilafdadır. Həm klubun içində, həm də ətrafında klanlar formalaşıb, hamı kiminsə adamıdır. Elələri də var ki, özü də bilmədən bir yox, iki adamın adamıdır. Ya da heç kimin adamı olmasa belə, onu kiminsə klanından sayırlar. Bir qədər qarışıq söhbətdir, deyilmi? İnanın ki, mən də başımı itirmişəm. Gəncədə oyuna baxandan, özünün balaca adamları olan böyük adamlarla söhbətləşib qayıdandan bəri özümdən də şübhələnirəm. Görəsən, mən kimin adamıyam? 

P.S. "Sumqayıt"ın indiki baş məşqçisi Samir Abasov hələ futbol oynadığı dönəmdə həmkarım Həbib Aslanovdan hansı qəzet olduğunu soruşmuşdu. Lənət şeytana, qəzetdən adam olursa, "Kəpəz"dəki adamlardan həm ADAM, həm də klub ola bilər.

Nihat Ağasoy

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

phrase_var_core.lent

04 phrase_var_core.june 2026
02:47

90 milyonluq ulduz "Real Madrid"dən ayrılır

02:19

Mourinyu onu "Real Madrid"ə gətirir

01:49

Xviça Kvarasxeliya sabiq "Qarabağ"lıya elə bir rəy yazdı ki...

01:24

PSJ onun üçün 100 milyon ödəyəcək?

00:43

Ulduz futbolçu "Real Madrid"ə transfer olunmaq üçün tibbi müayinədən keçdi - SON DURUM

03 phrase_var_core.june 2026
23:53

AÇ: Azərbaycan millisi finalda!

23:43

Arda Güler yenə tarix yazdı

23:13

Addai "Qarabağ"la belə vidalaşdı

22:39

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

22:11

Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşdü

21:52

Azərbaycanın 3x3 qadın basketbol yığması Dünya Kubokunda Çexiyaya qalib gəlib

21:02

Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib

20:51

Avropada Mateus Fernandes yarışı

20:21

"Arsenal"ın sağ cinah müdafiəçisi siyahısı bəlli oldu

19:48

"Real Madrid" müdafiə xəttini tamamilə yeniləyir

19:08

"Mançester Yunayted" Pyer Kalulunun transferi üçün hərəkətə keçdi

18:41

Markus Raşford üçün "Nyukasl" variantı: "Barselona"nın qərarı gözlənilir

18:12

Hakan Çalhanoğlu "Fənərbağça" yolunda: İstanbulda gizli görüş

17:52

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirildi

17:29

MY Hoylundu satdı - RƏSMİ

17:10

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları açıqlandı - Deklan Rays 2-ci yerədir

16:51

Səmədov Premyer Liqaya yüksələn klubda qalmayacaq

16:33

FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak etdi

16:28

AFFA 3 komandaya texniki məğlubiyyət verdi

16:14

"Şəfa" rəhbərliyi Emin Zamanovla bağlı qərarını qətiləşdirdi

15:55

DÇ-2026-nın ən gənc futbolçuları bilindi - Lennart Karl 3-cü yerdədir

15:28

DÇ-2026-nın ən "qoca"sı Ronaldudur - Portuqaliyalıdan yaşlıları da olub

15:01

Azərbaycan yığması Pakistanla iki oyun keçirəcək

14:43

Onur İsveçdəki turnirə qatılacaq

14:26

AFFA "Turan Tovuz"un Konfrans Liqasında iştirakına qadağa qoyulduğunu təsdiqlədi

14:08

"Neftçi"nin yay hazırlığını harada keçəcəyi bəlli oldu

13:50

Lukaku Levandovskini geridə qoyub ilk "5-liy"ə yüksəldi

13:31

Azərbaycan avarçəkənlərindən Uralsk reqatasında uğurlu performans

13:12

Qrinvud İtaliya klubuna keçməyə yaxındır

12:54

İçərişəhərdə futbol meydançasının açılışı oldu

12:34

Füzuli Məmmədovun yeni iş yeri müəyyənləşmək üzrədir - Razılıq əldə edildi

12:15

"Səbail"də baş məqşçi dəyişikliyi: Adil Şükürovu bu mütəxəssis əvəzləyəcək

11:48

Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlandı

11:29

"Real Madrid" ulduz transferi reallaşdırdı - SON DURUM

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

phrase_var_core.fb
X