“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Səbail”lə ilk oyununa hazırlığı başa vurub.
Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandada heç bir zədəli yoxdur.
Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Səbail” matçına saat 18:00-da start veriləcək.