13:08 15.05.2023 1979

Baxşıyevin Mourinyuluq iddiası - Hələ çox tez deyil?

Bu yazını "Qəbələ" - "Turan Tovuz" oyunundan dərhal sonra yazsaydım, fikirlərimi soyuqqanlı şəkildə ifadə edə bilməyəcəkdim. İkinci yarısı yaz yağışının müşayəti ilə keçən matç yetərincə maraqlı, gərgin alındı. Azlıqda qalan meydan sahiblərinin hesabda önə keçmiş tovuzluların qapısına yol tapması isə görüşün emosionallığını bir qədər də artırdı... 

Düzdür, "boz qurdlar" komandalar meydanda hərəyə 11 nəfərlə mübarizə apardığı dəqiqələrdə də real qol fürsətləri yaratmış, "qırmızı-qaralar" inanılmaz müdaxilələrlə xilaskara çevrilən İlkin Qırtımovun və bəxtin hesabına matçın əvvəllərində erkən qollardan xilas olmuşdu. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev 5 əvəzləmə limitindən uğurla faydalana bilsəydi, komandası matçın sonlarını 9 yox, 10 nəfərlə keçirər, böyük ehtimalla, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşardı. Məhz Baxşıyev bu yöndə tələsdiyi üçün Asif Məmmədovun ciddi xəsarət alaraq meydanı tərk etməsi vəziyyəti kritikləşdirdi. Şübhəsiz, Ayxan Abbasovun komandasının belə say üstünlüyündən faydalanaraq evə 2:1 hesablı qələbə ilə dönməsi tam məntiqəuyğundur. Başqa sözlə, "Qəbələ"nin bu qarşılaşmanı bərabərliklə bitirməsi əməlli-başlı qəhrəmanlıq sayılardı. Fəqət sonuncu - 4-cü uzatma dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qol heç-heçə arzusunun da üstündən xətt çəkdi.

Azərbaycan Kubokunda mübarizəni dayandırandan sonra fırtına kimi əsən, "Zirə", "Neftçi", "Qəbələ" üzərində qələbələri sıralayaraq elitaya say düzəltmək xatirinə gəlmədiyini isbatlayan "Turan Tovuz"un son saniyələrdə hədəfinə çatması həm də güclü yağışın altında tükü də tərpənməyən, stadionda ev ab-havası yaradan tovuzlu fanatların haqqı idi. Bütün yerli tamaşaçılar yağış tutmayan yerlərdə daldalandığı halda, uzaq yol gələn qərblilərin futbol və qeyri-futbol bölgələri arasındakı fərqi əyani şəkildə isbatlaması ayrıca vurğulanmalıdır. Mətbuat konfrasında yaşananlar isə həm dramatik qarşılaşmanı işıqlandırmaq üçün Qəbələyə yollanan media mənsublarının kefinə soğan doğradı, həm də məni bu yazını yazmağa məcbur etdi.

"Qəbələ"nin baş məşqçisi Baxşıyevin ona oyunla bağlı sual ünvanlayan jurnalistlərə aqressiv və yumşaq desəm, özündənrazı cavablar verməsi münasibətsiz qala bilməzdi. Əyyub Allaşı oyundan çıxarmaqla kələfin ucunu tam şəkildə itirən Elmar bəyin taktiki planda nə etmək istədiyini izah edə bilməməsi öz problemidir. Məntiqlə, media mənsubu ona fikrini ifadə etmək, futboldan azarkeş kimi yox, mütəxəssis kimi danışmaq qaydaları öyrətməməlidir. Yəni dünya praktikasında da gördüyümüz kimi, Pro kateqoriyası alarkən jurnalistlərlə davranış qaydaları ilə tanış olan adam "Allaş əvəzlənməsə, qapımıza vurulan qolu çıxaracaqdı?" cavabı (daha doğrusu, sualı) verə bilməz. Heç 20 ildən çox iş təcrübəsinə malik KİV nümayəndəsi ilə danışarkən "siz futbolu məndən çox bilirsinizsə", "burada oyuna ilk dəfə baxmırısınızsa" şəklində cümlə başlamağa mənəvi haqqı da yoxdur. Hə, bəzən futbolu inkişaf etmiş ölkələrdə də dünya səviyyəli mütəxəssilərdən buna bənzər reaksiyalar görürük. Məsələn, Joze Mourinyu arabir avropalı həmkarlarımızı sancır və ya Xosep Qvardiola canını boğazına yığan "sarı media"nı hədəfə alır. Ancaq güclü azarkeş təzyiqi görmədiyi "Qəbələ"də mətbuatın dəstəyi hesabına qalan birinin heç bir ciddi uğuru olmadığı təqdirdə, belə danışması həm gülməli, həm də ağlamalıdır. Yazılmamış qaydaları nəzərə alsaq, onu Mourinyu, Qvardiola edə bilər, Baxşıyev kimiləri yox! Konkretləşdirsək, bir mövsümün 7 oyununda komandasına qarşı "come back" (geridönüş) edilmiş, "Qəbələ"nin iddiasız vaxtına düşdüyünə görə postunda qala bilmiş, qarşısına ciddi tapşırıqlar qoyulmayan kollektivdə iş təcrübəsini qazanmasına, öyrənməsinə şərait yaradılmış Baxşıyev üçün belə davranış hələ tez yox, çox tezdir. Ən azı yolun başlanğıcında yıxılmamaq, "artırıb" heç olmasa, Azərbaycan üçün orta səviyyəli məşqçi ola bilmək naminə. 

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
20:01

MPL: "Qarabağ" "Neftçi"yə qarşı - YENİLƏNİR

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

18:19

"Çelsi"nin baş məşqçisi Polşa klubuna məğlubiyyəti belə dəyərləndirdi

17:51

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

17:28

"Buraxdığımız iki asan qola bəraət qazandıra bilmərik" - Kukurelya məğlubiyyəti şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X