"Qəbələ"nin meneceri Nail Kərimov "qırmızı-qaralar"la müqavilələrinin müddəti başa çatan legionerlərin - yarımmüdafiəçi İsnik Alimi, müdafiəçi Ruan Renato və hücumçu Rafael Utziqlə bağlı son vəziyyətə aydınlıq gətirib.
Klub rəsmisi Fanat.Az-a açıqlamasında durumu belə izah edib:
"Utziq yeni sözləşmə barədə klubla danışıq aparmır. Yəni onun qalıb-qalmayacağı özü ilə müzakirə edilməyib. Bildiyiniz kimi, hər şeydən öncə müqaviləsinin müddəti bitməkdə olan oyunçu özü danışıq aparmaq istəməlidir. Alimi və Renatoya gəlincə, hər iki futbolçuya təklifimizi etmişik. Yəni biz öz şərtlərimizi demişik. Gerisinin necə olacağını zaman göstərəcək. Yaxşı mövsüm keçiriblər. Başqa təkliflər almaları da normal qarşılanmalıdır".
Nihat