Qışda "Qarabağ"ın "Krasnodar"a satdığı Kadinin agenti Helsio Alisk ağır zədə alan müştərisi barədə danışıb.
Fanat.Az " Metaratings"ə istinadən xəbər verir ki, o, braziliyalı yarımmüdafiəçinin Rusiya Kubokunun finalında Moskva MOİK-inə qarşı oynaya biləcəyini deyib:
"Kadi komanda ilə birlikdə finala hazırlaşır. Yəni MOİK-lə görüşdə meydana çıxa bilər. Ancaq uzun müddət oynamadığından finalda forma şansı qazanıb-qazanmayacağını dəqiq demək çətindir. Qərarı məşqçilər korpusu verəcək. Ümid edirəm ki, oynayacaq və komandasının qələbə qazanmasına yardımçı olacaq".
Nihat