Son mövsümdə Azərbaycan Kubokunu qazanan "Qəbələ" bir neçə yerli oyunçu ilə müqavilə yeniləsə də Rövlan Muradovla bağlı açıq qalan məsələni nöqtələyə bilməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, anlaşmasının müddəti bu ay başa çatan Rövlan ölkə xaricində oynamaq istədiyini əsas gətirərək "qırmızı-qaralar"ın ilkin təklifini geri çevirib.
"Qəbələ"nin 25 yaşlı hücumçunu sonradan yola gətirib-gətirməyəcəyi dəqiq bilinməsə də, bu gün üçün Muradovun hetmək ehtimalı daha böyükdür.
Qeyd edək ki, Rövlan son mövsümdə 33 çempionat matçına çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Konfrans Liqasının təsnifat mərhələsində forma geyindiyi 2 görüşdə 1 qol və eyni sayda assistentliklə diqqət mərkəzinə düşən Muradov qalibi olduğu Azərbaycan Kubokunda 5 oyun keçirib.
Nihat