Mövsümü titulsuz başa vuran "Neftçi"də qeyri-müəyyənlik davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsüm üçün büdcəsi hələ də təsdiqlənməyən "ağ-qaralar" nə danışıq apardığı yeni oyunçularla münasibətləri rəsmiləşdirə, nə də təlim-məşq toplanışını harada keçirəcəyinə qərar verə bilir.
Belə ki, klub rəhbərliyi komandanın Konfrans Liqasına ya Avstriyada, ya da Rusiyada hazırlaşmasını planlaşdırsa da, büdcənin indiyədək təsdiqlənməməsi əlavə problemlər yaradır. Bu iki toplanış variantı arasında maddi planda da fərq olduğundan klub "yuxarılar"ın cavabını gözləmək məcburiyyətindədir. Elə "Neftçi"yə heç nə qazandıra bilməyən rumın çalışdırıcı Laurentsiu regekampfla bağlı məsələnin açıq qalmasının da səbəbi büdcə məsələsinin həllini tapmamasıdır.
Rafael