"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibinin - “Rakuv”un 31 yaşlı futbolçusu Milan Rundiç təmsilçimizlə ilk oyununu buraxacaq.
Fanat.Az xəbər verir ki, bunu Polşa təmsilçisinin baş məşqçisi David Şvarqa deyib.
O, serbiyalı mərkəz müdafiəçisinin hazırda zədəli olduğunu və bu üzdən “Miejski” stadionundakı görüşdə komandasına kömək edə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.