13:07 25.08.2023 3407

Az Tv-nin idmanı və ya ekrana siqnalla çıxanlar

Ermənistana, erməni terrorçularına və onlara dəstək olanlara 44 günə qalib gəldik, amma Az Tv-yə illərdir qalib gələ bilmirik. Nə sirri-Xudadır, bilmirəm. O boyda dövlət televiziyasını öz şirkətləri, bazarları  kimi idarə edirlər. 

Bilirəm, sərt başladım. Deyəcəklər ki, erməni nədir, terror nədir, bazar nədir? Gecədən korlanan əsəblərimizə keçin. İndi keçək əsas məsələyə…

“İdman Tv” oyunu niyə yayımlamadı? 

Öncə yayım məsələlərinin necə razılaşdırıldığını qısaca qeyd edim. Hər iki ölkənin yayım hüququ olan televiziyaları anlaşır. Anlaşma ya barter, ya da ödəniş qarşılığında gerçəkləşir. Əksər vaxtlarda sözügedən razılıqlar barter - qarşılıqlı yayım əsasında həyata keçirilir. Qeyd etdiklərim AL və KL-in qrup, ÇL-in isə pley-off mərhələsinədəkdir.  
Ötən mövsüm  bu mötəbər yarışların  öhdəsindən “CBC Sport”  gəldi. Büdcəsi “İdman Tv”-dən ən azı 5-6 dəfə az olan telekanalın 7-8 nəfərin fədakarlığı ilə ortaya qoyduğu işlərin heç birində yayım, siqnal bəhanəsi olmadı. Təbii ki, texniki problemlər ola bilər, amma bunun izləyiciyə dəxli yoxdu. Öhdənə götürmüsənsə, yayımlamaq boynunun borcudur. Həm də “CBC Sport” avadanlıq baxımından da “İdman TV”-yə çata bilməz. Deyərdim ki, kiçik imkanlarla ötən mövsüm böyük işlər görən “CBC Sport”un qədrini indi bilirik. 

Az Tv qala-qala “İdman Tv”-ni qınamaq, palana döyməkdir. Niyəsini də deyim…

Az Tv  3 kanalı – içtimai-siyasi, idman və mədəniyyət sahəsini əhatə edən qapalı səhmdar cəmiyyətdir. Təqribən 30 milyon civarında büdcəsi var. Hardan baxsan, 7-8 bəlkə də 10 milyon manat idman qanadına ayrılır. Əvvəllər bu məbləğ 15 milyona çatırdı. O vaxt da belə idi: siqnal, qarşı tərəf, nə bilim nə kimi bəhanələr vardı. 

Əslində isə kanal yayıma pul ayırmalı olduğu halda, qəpik də xərcləmirdi. Avropaya gedən klublardan, məsələn, “Neftçi”, “Qarabağ”, “Qəbələ”dən qarşı tərəfin yayım üçün istədiyi məbləğ alınırdı. Hətta kanal qarşı tərəflə barter şərtləri ilə razılaşsa belə, yerli klublardan ev-səfər yayımı üçün pul alınırdı. Bu sirr deyil, hamı da bilirdi. Lakin heç kim dillənmir, yazmırdı. Klub rəhbərlikləri də susurdu, qorxurdu.

İndi necədir bəs? Əvvəlki kimidir?

Az Tv-nin rəhbəri Rövşən müəllim də idman sahəsinə yad deyil. Yuxarıda sadaladıqlarımı da ilk dəfə eşitmir. Göz oxşayan geyimi, zövqlü qalstuku ilə dəbdəli studiyasında var-gəl edərək Azərbaycana qarşı hörmətsizlik edən dövlətlərə, siyasətçilərə mükəmməl təhlili ilə cavab verməyə çalışır. O ümidlə ki, yuxarılardan kimsə səhəri gün zəng edərək “müəllim baxdı, bəyəndi” deyəcək. Yaxşı, ay Rövşən müəllim, sizin rəhbərlik etdiyiniz kanal dünən Fransa qədər hörmətsizlik etmədimi Azərbaycan izləyicisinə? Efirlərinizin sağ alt küncündəki  “Qarabağ Azərbaycandır!” şuarı bütün dünyada dostlara qürur, düşmənə göz dağı verir. Bəs bu “Qarabağ” kimindir? Lap, deyək ki, qarşı tərəf  10 min avro istəyib, bunu klub verməlidir? Bəs kanala ayrılan pullar hanı? 

“CBC Sport” 2-3 milyon manatlıq büdcə ilə ötən mövsüm AÇ-2024-ün seçmə mərhələsi, Azərbaycan Pemyer Liqası, İtaliya A Seriyası, İspaniya La Liqası, ÇL, AL, KL kimi turnirləri, volleybol, basketbol, gimnastika və sair və ilaxır kimi idman növlərini də işıqlandırdı. Bəs sizin rəhbəri olduğunuz QSC-nin idman kanalı nəyi verib? Ümimiyyətlə bu kanalın Azərbaycan idmanına hansı töhfəsi var? Yayım xərcini üzərinə götürmüş federasiyaların yarışını işıqlandırmaqdan başqa nə? Tək “Formula -1” üçün fəaliyyət göstərir bu kanal? 
Qayıdaq yayım məsələsinə…

Razılıq əldə olunandan sonra qarşı tərəf, yəni “İdman Tv” bir gün əvvəl də, oyuna 3-4 saat qalmış da test yayımı tələb edə bilər. Görüntü, səs və digər məsələlərin yoxlanılması, texniki nasazlıqların aradan qaldırılması üçün. Bu, dəqiq belədir. Lap deyək ki, ciddi problem var, oyundan 1 saat , yarım saat əvvəl niyə ictimaiyyətə elan olunmur? Birinci hissənin sonlarında köhnəlmiş, heç kimin inanmadığı bəhanələri açıqlama kimi insanlara sırımaq Dövlət televiziyasına yaraşır? 

Əvvəllər bu kanalda “siqnal” bəhanələri yerli klubun pul ödəməməsinə görə idi, indi necədir, bilmirəm. Lakin bəhanə əvvəlki kimidir. Razılıq əldə olunub, anons verilib, yəqin “Qarabağ”  “siqnal” verməyib ki, bunlar eyvana çıxıb eyhamı tutsunlar.

Ölkə başçısı İlham Əliyev “Qarabağ”ı qəbul edərkən çıxışlarından məlum olur ki, komandanın oyunlarını izləyir. Bunu bilə-bilə Dövlət televiziyasının bu qədər məsuliyyətsizliyinə söz tapmaq çətindir.

Siz bəhanə tapıb “siqnal” deyirsiz, mən bəhanəsiz BAZAR deyirəm. Haqsızam?

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
21:20

"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəldi

21:02

MPL: "Qarabağ" "Neftçi"ni böyük hesabla yenir- YENİLƏNİR

20:53

"Klub rəhbərliyi yolları ayırmayacağını desə də..." - Vasili Berezutski

20:27

Elvin Məmmədov "Sabah"a məğlubiyyəti belə şərh etdi

20:06

Pley-off mərhələsində ikinci oyunlarının təqvimi müəyyənləşdi

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

Facebookdan bizi izləməyi unutmayın.
X