17:55 01.09.2023 2721

Xalan sənə qurban, nə olub ki?

Birinci Liqanın olması yaxşı haldı, futbol azarkeşlərinin yaxşı tanıdığı Əsgər Abdullayevin "İmişli"nin baş məşqçi postunu tutması da pis fakt deyil. Bəli, bir vaxtlar müxtəlif elita klublarında çalışan sabiq müdafiəçi ən azı bu gün işsiz mütəxəssislər ordusundan kənardadı. Bunun nəyi pis ola bilər ki? Premyer Liqada daha ona "gəl işlə" deyən yoxdursa, ölkə xaricindən hər hansı təklif gəlməyəcəyi dəqiqdirsə, buna da şükür...
 
Yeri gəlmişkən, Mərkəzi Aran təmsilçisinin prezidenti Aqşin Mürsəlov Fanat.Az-a müsahibəsində 63 yaşlı mütəxəssisə güvəndiklərini və "İmişli"ni Birinci Liqanın qalibi edəcəyinə inandıqlarını söyləyib. Deməli, adamın məşqçilik bacarığına hələ şübhə etməyənlər də var. Əsgər bəyin oyunlar zamanı texniki zonada qəhvəyi rəngli məşhur gödəkçəsini geyinib-geyinməyəcəyini, komandasının "İrəvan"lı, "Şamaxı"lı çempionatı yekunda neçənci pillədə başa vuracağını, Mürsəlovun ümidinin doğrulub-doğrulmayacağını zaman göstərəcək. Necə deyərlər, güclü qazansın! 

İdman mətbuatının işi Azərbaycan futbolunu mümkün qədər hərtərəfli işıqlandırmaq, oxucuları informasiya ilə təmin etmək, qərəzsiz mövqe tutmaqdı. Şübhəsiz, sözügedən çalışdırıcı sadalananlardan xəbərdardı. Ancaq məni bu yazını yazmağa vadar edən adamın mətbuata qarşı son hörmətsizliyi həm özünün, həm də işlədiyi klubun imicinə zərbədi. Əlbəttə, məşqçi jurnalistlə ünsiyyət qurmaqdan imtina edə, telefon zənglərinə cavab verməyə bilər. Amma "İmişli" barədə danışmağa söz tapmadığı halda, bəhanə gətirməsi acı təbəssüm doğuran məqamdı. Yumşaq desəm, ölkənin ən stajlı məşqçilərindən biri adına yaraşmayan hərəkətdi. Təsəvvür edin, Fanat.Az-ın gənc əməkdaşının birinci zəngi zamanı vacib işlə məşğul olduğunu və yalnız iki saatdan sonra danışa biləcəyini deyərək sonradan telefonunu söndürür... Ertəsi yenidən zəngə cavab verir, əvvəlki qaydada hansı idman saytından aradıqlarını dəqiqləşdirir, yarım saat vaxt istəyir və gün ərzində edilən növbəti zəngləri cavabsız qoyur. Üçüncü gün isə yenə maraqlanır, yenə dəqiqləşdirir, ardından gözlənilməz reaksiya verir: "Mən danışmıram, danışmaq istəmirəm!" Yuxarıda qeyd etdiyim kimi, danışmaması öz işidi, fəqət bunu üçüncü cəhddə deməsinə ad tapmaq çətin məsələdi...

Əsgər Abdullayevin onunla ünsiyyət qurmağa xüsusi həvəs göstərən, hər dəfə telefonuna həyəcanla zəng vuran Nahid Məmmədovun dünyasında necə iz qoyduğu öz yerində, mənim bu məşqçiyə sadəcə, ürəyim yandı. Fikirləşdim ki, yəqin "İmişli"yə uğur qazandıra bilməyəcyini əvvəldən anlayır, fəqət işsiz qalmaqdansa, vaxtını Mərkəzi Aran komandasında keçirməyi üstün tutur.

PS: "Ürəyim yandı" dedim, yadıma "Arşın mal alan" tamaşasının birinci pərdəsində Cahan xalanın Əsgərin qəmli-qəmli oxumasına verdiyi cavabı xatırladım: "Xalan sənə qurban, nə olub ki, belə qəmli-qəmli oxuyursan? Adam eşidəndə ürəyi yanır".

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

22:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X