Birinci Liqanın 3-cü turunda "Karvan" doğma meydanda "Ağsu Difa"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yevlax təmsilçisinin qələbələrində pay sahibi olan 27 yaşlı hücumçu Ruslan Voronsov ilə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Təcrübəli "19 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu:
"Çox ağır bir oyun oldu. Qapanan rəqibə qarşı oynamaq çox çətin olur. Şükür Allaha, qələbə qazandıq. Rəqibimizə də gələcək oyunlarda uğurlar arzu edirəm.
Birinci Liqada asan rəqib yoxdur. Hər kəs meydanda xal almaq üçün döyüşür. Bizim üçün bütün rəqiblər eynidir. Hamısına eyni gözlə baxırıq. Bir də azarkeşlərimizə çox sağol demək istəyirəm. Futbolun gözəlliyi azarkeşlərdir. Bizi 90 dəqiqə dayanmadan dəstəklədilər".
Qeyd edək ki, üç turdan sonra hesabında 7 xal olan "Karvan" 1-4-cü yerləri bölüşür.
Nahid Məmmədov