“Səbail”in müdafiəçisi Cabir Əmirli əməliyyat olunub.
Bu barədə Fanat.Az-a Bayıl klubunun mətbuat xidmətindən məlumat verilib.
O, Türkiyədə cərrahi müdaxiləyə məruz qalıb.
Komandanın vitse-kapitanı son məşqlərin birində sıradan çıxıb. Futbolçunun zədəsi ciddi olduğundan əməliyyata ehtiyac duyulub.
Futbolçunun qışa qədər “dənizçilər”ə kömək edə bilməyəcəyi gözlənilir.