“Qalatasaray” klubu Azərbaycana təbrik ünvanlayıb.
Fanat.Az xəbər verir ki, Türkiyə nəhəngi ölkəmizi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib.
Bu barədə İstanbul təmsilçisinin rəsmi “X” hesabı ("Twitter") məlumat yayıb.
Paylaşımda belə yazılıb: “Dost və qardaş ölkə Azərbaycanın Müstəqilliyin Bərpası Günü mübarəkdir”.