10:32 23.10.2023 535

“Sabah” "tilsimi qırdı", “Qarabağ”la “Zirə” Tovuzda büdrədi – Tura baxış

Misli Premyer Liqasının X turu bir çox maraqlı məqamlarla zəngin oldu. Turnir cədvəlinin liderləri “Zirə” ilə “Qarabağ” hər ikisi Tovuza səfər etdi. Maraqlıdır ki, liderlər qərb səfərindən xal itkisi ilə döndülər. Bu isə turu qələbə ilə başa vuran “Neftçi” ilə “Sabah”ın ikiqat sevincinə səbəb oldu. Bu yerdə onu da qeyd edək ki, turun qarşılaşmaları xeyli məhsuldar alındı. “Kəpəz” – “Zirə” görüşündən savayı qalan bütün qarşılaşmalarda qapılara azı 4 qol vuruldu.

“Turan Tovuz” – “Qarabağ” 2:2
Qollar:
Otto Con, 46. Ayxan Hüseynov, 90+4 - Olavio Juninyo, 7. Leandro Andrade, 90.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
“Qarabağ”: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Turun açılış qarşılaşması Tovuzda keçirildi. “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul etdi. Bəribaşdan qeyd edək ki, Ayxan Abbasovun yetirmələri Tovuzda yenə də qələbə qazana bilmədilər. Maraqlı məqamdır ki, səfərdə yaxşı çıxış edən “Turan Tovuz” evdə qələbə qazanmağı bacarmır. Bununla belə bu tur rəqibin “Qarabağ” olduğunu nəzərə alanda heç-heçənin də pis nəticə olmadığını vurğulamalıyıq. 
Görüşdə hesabı “Qarabağ” açdı. Qapıçı Tərlan Əhmədlinin səhvi Juninyonun 7-ci dəqiqədə hesabı açmasıyla nəticələndi. İlk yarıda başqa qol olmayınca qonaqlar fasiləyə üstün yollandılar. Hiss etmək çətin deyildi ki, Almaniyaya səfərə hazırlaşan “Qarabağ” daha az güc itirməklə Bakıya dönmək fikrindədir. Hesabın erkən açılması da onların işini asanlaşdırırdı. Amma “köhlən atlar”ın bu planını fasilədən dərhal sonra Otto Con pozdu. Əcnəbi futbolçu fərdi keyfiyyətləri sayəsində künc zərbəsindən sonra hesabı bərabləşdirdi. Tablodakı bərabərlik 90-cı dəqiqədə pozuldu. Leandro Andrade “Qarabağ”ı hesabda önə çıxardı. Amma bu qol da oyunda son olmadı. Əvəzetmədən oyuna qoşulan Ayxan Hüseynov baş məşqçinin etimadını doğrultdu. Qeyd edək ki, ona məhsuldar ötürməni də qapıçı Tərlan Əhmədli verdi. Cərimə zərbəsini məhsuldar ötürməyə çevirən Əhmədli ilk qoldakı günahını da “yumuş” oldu.
2:2 hesablı heç-heçə oyunun ədalətli nəticəsi idi. 20 xallı “Qarabağ” “Zirə” ilə birlikdə turnir cədvəlinin zirvəsindədir. 12 xallı “Turan Tovuz” isə ötən mövsüm olduğu kimi, 6-cı sırada möhkəmlənməkdədir.

“Səbail” – “Neftçi” 2:4
Qollar:
David Qomis, 2. Aleksandr Ramalinqom, 79 - Azər Əliyev, 12. Ata Caber, 45+3. Yuri Matias, 87. Rəhman Hacıyev, 90+4.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 1. İvan Brkiç (k), 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

Beş qolun vurulduğu qarşılaşmada sevinən tərəf “Neftçi” oldu. “Ağ-qaralar” bununla da “Qarabağ”la oyundakı yenilgini unutdurmağa nail oldu. Həm də mövsümdə ilk dəfə idi ki, “Neftçi” bir oyunda 3 top vurmağı bacardı. Hesabda geri düşən “Neftçi”nin mübarizədən qopmaması, qələbə üçün sonadək mübarizə aparması da vurğulanmalıdır. 
Oyunda vurulan qollar hamısı bir-birindən baxımlı alındı. Ona görə də həmin qolları sözlə ifadə etmək fikrində deyilik. Bizim çempionatda bu cür maraqlı qarşılaşmaların keçirilməsi, belə qolların vurulması Premyer Liqaya marağı artırır. Buna görə də həm “Səbail”ə, həm də “Neftçi”yə təşəkkür düşür. Xüsusiylə də Şahin Diniyev komandasının praqmatik oyun elementlərindən imtina etməsi, rəqiblərinə “açıq oyun” təklif etməsi alqışa layiqdir.
“Neftçi” bu qələbə sayəsində liderlərə bir qədər yaxınlaşmağı bacardı. 15 xallı “Neftçi” hazırda 4-cü pillələdədir. “Neftçi”dən iki xal çox toplayan “Səbail” isə üçüncüdür.

“Kəpəz” – “Zirə” 0:0
“Kəpəz”:
12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 3. Vurğun Hüseynov, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Azər Məmmədov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 99. Nazim Həsənzadə, 72. Elmar Rəhimov, 55. Ramin Abdullayev, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila
Baş məşqçi: Rəşad Sadıqov

Gəncə şəhər stadionu təmirə bağlandığından “Kəpəz” “Zirə”ni Tovuzda qəbul edirdi. Süni örtük üzərində daha çox uduzmamağa çalışan rəqiblər istəklərinə çatdılar. Qapılara qol vurulmayan oyunda “Kəpəz”lə “Zirə” hərəsinə bir xal qazandılar. Bu da hər iki komandanın işinə yaradı. Gəncə təmsilçisi uduzmamaqla komandaya yönəlmiş tənqidləri bir qədər azaltdı. Digər tərəfdən “Kəpəz” bu mövsüm lider komandalardan xal almaq ənənəsini davam etdirdi. “Neftçi”ni məğlub edən gəncəlilər “Qarabağ”, “Sabah” və “Zirə”yə uduzmayıb. 
“Zirə” isə bir xal qazanmaqla bir gün öncə özündən irəli buraxdığı “Qarabağ”a çatmış oldu. Yenə də 20 xallı iki komanda turnir cədvəlinin ilk iki pilləsini bölüşdürür. 6 xallı “Kəpəz” isə sonuncudur.

“Sabah” – “Sumqayıt” 3:1
Qollar:
Con İrasabal, 54. Namik Ələskərov, 81. Davit Volkov, 90+6 - İsa Suliman, 9.
“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 77. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
“Sumqayıt”: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

“Sabah” bu qarşılaşmaya qədər mövsümdəki yeganə qələbəsini ilk turda “Qəbələ” ilə oyunda qazanmışdı. O zamandan bəri Masazır təmsilçisi qələbə üzünə həsrət idi. Çoxları gözləyirdi ki, bu həsrət “Sumqayıt”la oyunda bitəcək. Düzdür, bu həsrət bitdi, amma qələbə heç də asan başa gəlmədi. Çünki görüşdə hesabı “Sumqayıt” açdı. Qonaqlar fasiləyə 1:0 hesablı üstünlüklə yollandılar. “Sabah”ın qolları 54-cü dəqiqədən sonra gəlməyə başladı. İrasabal hesabı bərabərlişdirdikdən sonra “Sabah” daha rahat oynamağa başladı. Namiq Ələskərov komandasını irəli çıxardı. Davit Volkov isə əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə oyunda son nöqtəni qoydu.
3:1 hesablı qələbəyə sevinən “Sabah” xalını 10-a yüksəltdi. “Sumqayıt” isə 11 xalla rəqibini üstələyir. 

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X