11:06 23.10.2023 669

"Araz-Naxçıvan" "sirli qutu"dur" - Elvis Maşike

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olub. Çempionatın debütantı meydan sahiblərini 4:1 hesabı ilə məğlub edərək 4-cü sıradakı mövqeyini qorumaqla yanaşı, liderlərlə – “Zirə” və “Qarabağ”la xal fərqini minimuma endirib.
Qəbələdəki görüşdə “Araz-Naxçıvan”ın ən yaxşı oyunçularından biri Elvis Maşike olub. O, bir qol və bir məhsuldar ötürmə ilə komandasının inamlı qələbəsinə töhfə verib.

Konqolu forvard oyundan sonra Fanat.Az-a müsahibə verib.

- Əvvəlcə oyunla bağlı fikirlərini öyrənək...
- Bilirdik ki, "Qəbələ" ilə oyun çətin olacaq. Rəqib azlıqda qaldıqdan sonra bizim üçün daha çox şans yarandı. Qırmızı vərəqə alandan sonra rəqib komanda üçün də çətin oldu. Onların 10 nəfərlə oyunları alınmırdı. Bizim üçün isə daha yaxşı oldu. “Qəbələ”ni daha asan məğlub etdik.

- Oyundan öncə böyük belə hesablı qələbə qazanacağınızı gözləyirdin?
- Öncədən bu hesaba inanmaq olmazdı. "Qəbələ" asan məğlub ediləsi komanda deyil. 

- Sənin üçün "Qəbələni uğurlu rəqib hesab etmək olar? Çünki ilk qolunu da bu komandaya vurmuşdun. Bu gün də bir qol və bir məhsuldar ötürməylə yadda qaldın... 
- Düşərli ola bilər, amma çətin rəqibdir. Hesab aldadıcı olmasın. "Qəbələ"nin dörd real qol imkanı oldu. Amma qapıçımız həmin epizodlarda yaxşı oynadı. Düşünürəm ki, buna görə nəticəni uğurlu saymaq olar. Bu, futboldur, hər şey ola bilər. 

- Komandaya uyğunlaşa bilmisən? 
- Yeni komanda və liqada oynamaq  biraz çətin oldu. Uzun müddət məşqsiz qalmışdım. İndi daha çox məşq edirəm və öz komandama da inanıram. Baş məşqçi də mənimlə söhbət edir. Biz müzakirələr aparırıq. Fikirləşirəm ki, hər şey daha yaxşı olacaq. 

- Malta çempionatının bombardiri olmağı bacarmısan. Azərbaycan çempionatında neçə qol vurmağı hədəfləyirsən? 
- Hər mövsüm bombardirlərin mübarizəsində ön pillələrdə olmuşam. Hər il ya birinci, ya da ikinci sırada qərarlaşmışam. Bu mənada təcrübəm var. Burada da ambisiyalarım var. Heç vaxt deyə bilmərəm nə qədər qol vuracam. Bunu Allah bilər. Mən sadəcə, məşqlərə və oyunlara diqqətimi yönəltmişəm. 

- "Araz-Naxçıvan" hədəfi nədir? Birinci dövrə başa çatıb, artıq komandaları nisbətən tanıyırsınız. Bu oyunlardan sonra avrokuboklara vəsiqəyə inanırsınız? 
- Bu komanda bir “sirli qutu”dur. Hətta biz özümüz də nə olacağını bilmirik. Biz ancaq baş məşqçinin dediklərinə və Allaha inanırıq. Futbola da inanmalıyıq. Biz bunu edirik. Əgər futbola inanırsansa, bu oyun sənlikdir. İnanmırsansa, bu, artıq problemdir. Biz buna inansaq daha yuxarılara gedə bilərik. Avropa bizim üçün sürpriz ola bilər.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X