Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Bayer Leverkuzen"in qonağı olacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.
Klubun sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, hazırda ağdamlıların zədəli futbolçusu yoxdur:
"Komanda tam heyətlə məşq edir. Artıq Marko Veşoviç də kollektiv məşqlərə qatılır. Monteneqrolu oyunçunun "Bayer"lə səfər matçında oynamaq ehtimalı var. Əlbəttə ki, kimin meydana çıxıb-çıxmayacağına məşqçilər korpusu qərar verəcək".
Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması oktyabrın 26-da baş tutacaq. Qrupdakı ilk 2 oyunda qələbə qazanan tərəflərin hərəyə 6 xalı var. Almaniya təmsilçisi topların nisbətinə görə 1-ci, ağdamlılar 2-ci pillədə qərarlaşıb.
Nihat