UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" oktyabrın 26-da Almaniyanın "Bayer Leverkuzen" komandasının qonağı olacaq.
"Qarabağ"ın sabiq müdafiəçisi, hazırda Azərbaycan millisinin məşqçisi vəzifəsində çalışan Arif Əsədovdan Ağdam təmsilçinin səfər oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ümid edirik ki, "Qarabağ" bu sınaqdan da uğurla çıxıb növbətini xalını qazanacaqdır. Ağdam klubu bunu bacara biləcək gücdədir. Təbii ki, rəqib güclüdür. Öz çempionatında liderlər qrupunda mübarizə aparır və hazırda Bundesliqada zirvədədir. Bu baxmından "Qarabağ"ı çətin bir oyun gözləyir.
Oyun üslubları oxşar olan hər iki komanda topla oyunamağı sevir. Mənə elə gəlir ki, "Qarabağ" müdafiədə daha az səhv edərək, rəqibi əks hücumda cəzalandıra bilər. "Bayer" evdə oyunadığı üçün dominatlıq etməyə çalışacaq. Bu zaman isə təmsilçimiz öz kreativ hücumçuları ilə rəqibi əks-hücumda yaxalaya, "Bayer"i cəzalandıra bilər. Ümumiyyətlə, "Qarabağ" rahat oynamalıdır. Komandanın hesabında 6 xal var. Amma qazanılacaq bir xal da "Qarabağ" üçün növbəti mərhələ şanslarını artırmış olacaq".
Nahid Məmmədov