Bu gün "Hyatt Regensy" hotelində "Neftçi" klubunun yeni idman direktoru Yens Anderssonun təqdimat mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, mərasimdə isveçli mütəxəssislə yanaşı, "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov və xeyli gecikmə ilə əsas komandanın baş məşqçisi Adrian Mutu da iştirak edib.
Klubun yeni mətbuat katibi Emin Əfəndi tədbiri açıq elan etdikdən sonra təqdimat mərasimi baş tutub.
Qeyd edək ki, Yens Andersson keçən ay "Neftçi" ilə 2 illik müqavilə imzalayıb. Avropanın tanınmış futbol funksionerlərindən olan 50 yaşlı mütəxəssis buna qədər ölkəsinin "AİK Solna" (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın "Hayduk Split" (2013), Damimarkanın "Aurhus" (2014-2016) kimi klublarında və İsveç millisində (2022-2023) idman direktoru vəzifəsində çalışıb.
Mirağa