Misli Premyer Liqasının 16-cı turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Zirə" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Hücumçu Filipe Paxtman zədə səbəbindən oyunu buraxacaq. Mərkəz müdafiəçisi Ruan Renato isə "Neftçi" ilə oyunda 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı duruma düşüb".
Qeyd edək ki, dekabrın 9-da keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" oyunu 17:00-da başlayacaq.
Nihat