Birinci Liqanın 10-cu turunda "Karvan" doğma meydanda "İrəvan" ı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Ağ-qaralar"ın baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.
Kərimovun Fanat.Az-a açıqlaması belə oldu:
"Oynun nə qədər çətin və gərgin keçəcəyini həm futbolçular, həm də biz bilirdik. Hava şəraitinin yağmurlu olması və ot örtüyünün bir o qədər də ürəkaçan olmaması matçın daha da ağır keçəcəyindən xəbər verirdi. Rəqib bizdən iki xal öndə idi. Biz də yüksək yerlər uğrunda mübarizə aparırıq. Komandamızın 3 xala nə qədər ehtiyacı olduğunu gözəl dərk edirdik. Gəncləri təbrik edirəm. Əsil xarakter göstərdilər. Bizim ən böyük üstünlüyümüz futbolçuların istəkli olmasında idi".
Nahid Məmmədov