Müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan, icarə əsasında “Sabah”ın formasını geyinən Kahim Parris Azərbaycan təmsilçisindən ayrılmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı “ua-football.com” saytı yayıb.
Xəbərə görə, yamaykalı vingerin xidmətində Təl-Əviv “Makkabi”si maraqlıdır. Mənbə yəhudilərin yaxın vaxtlarda "Dinamo" ilə danışıqlara başlayacaqlarını, Parrisin İsrail klubuna cari mövsümün sonunda keçə biləcəyini vurğulayıb.
24 yaşlı Kahim bu mövsüm “Sabah”ın heyətində 21 matça çıxaraq 2 qol vurub. Onun “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.