10:48 18.03.2024 691

“Sabah” 2-ci pilləni ələ keçirdi, “Qarabağ” inamla irəliləyir – Tura baxış

Misli Premyer Liqasının 27-ci turu bir-birindən maraqlı və gərgin qarşılaşmalara səhnə oldu. “Qəbələ” Kaxaber Tsxadadzenin rəhbərliyi altında daha bir oyunda qələbəyə həsrət qaldı. “Sabah” isə Sumqayıtda büdrəməməklə 2-ci pilləni ələ keçirdi.

Neftçi - Səbail 3:0
Qollar:
Nir Bardea, 23-öz qapısına. Azər Salahlı, 27. Yeqor Boqomolski, 85.
"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Queta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Turun açılış oyununda “Neftçi” “Səbail”i meydana çıxmağına peşman etdi. Son vaxlar işləri qaydasında getməyən “ağ-qaralar” “dənizçilər”i 3:0 hesabıyla məğlub etməklə dərindən nəfəs aldı. “Qol pərdəsi”ni topu öz qapısına göndərən Bardea açdı. Daha sonra Azər Salahlı Tamaşın gözəl asmasını başıyla qapıdan keçirdi. Boqomolskinin sona 5 dəqiqə qalmış vurduğu qolla “Neftçi” darmadığını rəsmiləşdirdi.
40 xallı “Neftçi” 3-cü pillədə qərarlaşsa da, ikinci sıraya da gözünü dikib. “Səbail” isə 37 xalla 6-cı pilləyə geriləyib.

“Zirə” – “Kəpəz” 2:1
Qollar:
Salifu Suma, 60, Qismət Alıyev, 76-pen. - Martins Junior, 90+4.
"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
"Kəpəz": 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 15. Cavad Kərimov
Baş məşqçi: Adil Şükürov

“Zirə” Respublika stadionunda keçirilən qarşılaşmada vacib qələbə qazandı. Qarşılaşmada əsas hadisələr fasilədən sonra cərəyan etdi. Nominal meydan sahibləri Sumanın qoluyla hesabı açdı. Bu üstünlüyü 76-cı dəqiqədə penaltidən Qismət Alıyev artırdı. Hər halda “Kəpəz” bu qollarda birinin əvəzini çıxa bildi. Martins Juniorun son dəqiqələrdə vurduğu qol zəif təsəllidən başqa bir şeyə yaramadı. 3 xalı bayram edən “Zirə” avrokuboklara düşmək uğrunda mübarizədə ciddi rəqib olduğunu da isbatladı.
Qəsəbə təmsilçisi 39 xal toplayıb və 4-cü sıradan irəliyə doğru boylanır. Rəşad Sadıqovun çalışdırdığı komandanı “Sabah”la “Neftçi”dən 1 xal ayırır. 27 xalı olan “Kəpəz” isə əsas hədəfinə, yəni, elitadakı yerini qorumağa yaxındır. 

“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar:
Numan Kurdiç, 42 - Osama Xalayla, 67.
Qırmızı vərəqə: Numan Kurdiç, 59.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 6. Fares Abu Akel.
Baş məşqçi: Kaxaber Sxadadze.

Gürcü çalışdırıcı Sxadadze uzun fasilədən sonra Azərbaycanda ilk qələbəsini qazanmağa yaxın idi. Amma azlıqda qalan “Araz Naxçıvan”ı üstələmək mümkün olmadı. Nominal meydan sahibləri 42-ci dəqiqədə vurduqları qolun sayəsində fasiləyə üstün yollandılar. Amma bu üstünlüyü qorumaq və yaxud da artırmaq mümkün olmadı. Hətta qolun müəllifi Numan Kurdiç qırmızı vərəqə ilə meydandan qovulmaqla komandasını çətin vəziyyətdə qoydu. Say üstünlüyü əldə edən “Qəbələ”nin gücü yalnız bərabərlik qolunu vurmağa çatdı. Xalayla 67-ci dəqiqədə əyalət təmsilçisini məğlubiyyətdən xilas etdi. “Qırmızı-qaralar”ın tək təsəllisi 1 xal oldu.
8-ci pillədəki “Araz Naxçıvan”ın aktivində 27 turdan sonra 32 xal var. Sonuncu pillədəki “Qəbələ”nin 16 xalı var.

“Turan Tovuz” – “Qarabağ” 1:3
Qollar:
Otto Con, 10-pen - Nəriman Axundzadə, 56. Patrik Andrade, 73. Toral Bayramov, 90+5-pen.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 5. Roderik Miller, 4. Şəhriyar Əliyev (k), 14. Slavik Alxasov, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 10. Xəyal Nəcəfov, 80. Otto Con, 88. Faiq Hacıyev, 21. Aleks Souza, 8. Fərid Yusifli.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 9. Belaydi Pusi, 77. Fərid Nəbiyev, 11. Ayxan Hüseynov, 2. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Ayxan Abbasov.
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 66. Patrik Andrade, 17. Hamidu Keyta, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 11. Adama Diakabi, 2. Mateus Silva, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 13. Bəhlul Mustafazadə, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Avrokuboklarda apardığı ləyaqətli mübarizə ilə azarkeşlərin könlünü fəth edən “Qarabağ”ı Tovuzda çal-çağırla qarşıladılar. “Avropa Fatehi”nin qərb bölgəsinə gəlişi azarkeşlər üçün əsl toy-bayrama çevrilmişdi. Həftəsonu Almaniyada çətin oyun keçirən “Qarabağ” yorğunluğunu Tovuzda hiss etdirmədi. Növbəti çempionluğa doğru inamla addımlayan “köhlən atlar” ilk yarını məğlub qapatsalar da, fasilədən sonra “daşlar yerinə oturdu”. Otto Con 10-cu dəqiqədə penalti zərbəsi ilə qonaqları məyus etməyi bacardı. Fasilədən sonra “Qarabağ” oyuna ağırlığını qoydu. Nərimanla Patrik 17 dəqiqə ərzində “Qarabağ”ı önə keçirdi. Toral Bayramovun 95-ci dəqiqədəki penalti qolu isə “köhlən atlar”ın inamlı qələbəsini rəsmiləşdirdi.
“Qarabağ” 66 xalla turnir cədvəlinə inamla başçılıq edir. Qurban Qurbanovun çalışdırdığı komanda ən yaxın izləyicisini 26 xal qabaqlayır. 35 xallı “Turan Tovuz” isə 7-ci sıradadır.

“Sumqayıt” – “Sabah” 1:2
Qollar:
Erik Sorqa, 84 - Anatoli Nuriyev, 25. Murad Xaçayev, 62-öz qapısına.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Krunoslav Renduliç.

“Sabah” Sumqayıtda vacib qələbə qazandı. Bu görüş ikinci pillə uğrunda mübarizədə xeyli əhəmiyyətli idi. Masazır təmsilçi səfərdə 3 xal qazanmaqla “Qarabağ”ın ən yaxın izləyicisi statusunu ələ keçirdi. Nuriyev meydan sahiblərini 25-ci dəqiqədə məyus etdi. Hesabı açdıqdan sonra xeyli sakit və etibarlı oynayan “Sabah”ı Xaçayev də sevindirdi. “Milliləşdirilmiş” futbolçu qapıların yerini səhv salmaqla “Sabah”ın üstünlüyünü artırdı. Erik Sorqanın 84-cü dəqiqədə vurduğu qol zəif təsəlli rolunu oynadı. Bununla belə, “Sumqayıt” məğlubiyyətdən qaça bilmədi. Prinsipial oyunda meydan sahiblərinin xalsız qalması yerli azarkeşlərin heç ürəyincə olmadı.
Xalını 40-a yüksəldən “Sabah” indi liderin ən yaxın izləyicisidir. “Sumqayıt” isə 39 xalla 5-ci pilləyə qədər geriləyib.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X