Birinci Liqanın 20-ci turunda "Araz Saatlı" səfərdə "İrəvan"la qarşılaşıb. Görüş "pambıqçılar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın baş məşqçisi Rüfət Quliyevlə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Quliyevin Fanat.Az-a açıqlaması belə oldu:
"Əla qələbə oldu. Komanda ardıcıl iki oyunda qələbə qazanıb. Gənclərə təşəkkür edirəm. Son iki oyunun hərəsində dörd qolun vurulması əhval-ruhiyyəni yüksəldib. Uğurlu seriyanı davam etdirmək istəyirik. Növbəti oyunumuz "Difai Ağsu"ya qarşıdır. Bu matç bizim üçün önəmlidir. Onlarla olan üç xallıq fərqi aradan qaldırmaq istəyirik. Ümid edirik ki, qələbə seriyasını davam etdirə biləcəyik".
Xatırladaq ki, Saatlı təmsilçisi daha öncə "Mingəçevir"i də öz meydanında 4 cavabsız qolla yenmişdi.
Nahid Ustaclı