Birinci Liqanın 20-ci turunda "Karvan"ı qəbul edən "Zaqatala" 1:1 hesablı heç-heçəyə nail olub. Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqib bizə uyğun komanda idi. Fərdi planda yaxşı oyunçuları var. "Karvan" say çoxluğu ilə hücum edən komandadır. Bir çox qol epizodları yaratdıq. Böyükhesablı qələbə qazana bilərdik. Sadəcə, qol epizodlarını dəyərləndirə bilmədik. Cari mövsüm buraxdığımız qollar fərdi səhvlərdən olub. Komandamızın oyununda inkişaf var. Açığı, rəqib 10 nəfərlə oynasa da, yaxşı təsir bağışladı".
Nahid Ustaclı