Azər Bağırovla vidalaşan “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komanda Elmar Baxşıyevə tapşırılıb.
Bunu “Report”a açıqlamasında mütəxəssisin özü deyib.
O, təyinatın bu gün reallaşdığını bildirib.
Qeyd edək ki, Elmar Baxşıyev "Araz-Naxçıvan"dan ayrılan Azər Bağırovu əvəzləyib. 43 yaşlı mütəxəssis bundan öncə “Qəbələ”ni çalışdırıb.