Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" matçının fasiləsində maraqlı anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri qonaqların futbolçusu Fərid Kələntərovla şəkil çəkdirib, ondan avtoqraf alıblar.
İş burasındadır ki, Fərid uşaq yaşlarında "Qəbələ" Futbol Akademiyasında olub.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan görüşdə "Kəpəz" 1:0 hesabı ilə öndədir.
Nihat