10:50 13.05.2024 1033

“Qəbələ”nin növbəti qurbanı “Sabah” oldu – Tura baxış

Misli Premyer Liqasının 34-cü turu avrokuboklara yollanmaq uğrunda mübarizə aparan komandalar üçün xeyli əhəmiyyətli idi. Qələbə qazanan tərəflər sona iki tur qalmış öz şanslarını xeyli artıracaqdılar. “Neftçi” ilə “Sumqayıt” bu şansdan lazımınca yararlandırlar və mükafatçı yerlər üçün xeyli ümidləndirlər. “Zirə” ilə “Sabah” isə bu tur xalsız qaldı. Maraqlıdır ki, Tsxadadzenin çalışdırdığı “Qəbələ” ardıcıl ikinci qələbəsini qazandı.

Neftçi - Kəpəz 5:1 
Qollar:
Andre Şinyaşiki, 44, 47, 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanskiy, 87 - Latir Fal, 36.
Qırmızı vərəqə: Şakir Seyidov, 75.
"Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k)  3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 23. Ataa Caber, 77. Yeqor Boqomolski.
Məşqçi: Saşa Petroviç.
“Kəpəz”: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k).
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Adil Şükürov.

“Kəpəz” “Neftçi” ilə görüşə ciddi itkilərlə çıxmışdı. Bütün bu itkilər isə özünü nəticədə göstərməyə bilməzdi. Minimal tapşırığın öhdəsindən gəlməyi bacaran, yəni, Premyer Liqadakı yerini qorumağı bacaran gəncəlilər üçün bundan sonrakı oyunların ciddi əhəmiyyət daşımadığı da məlum məsələdir. Bununla belə “Kəpəz” qapısından beş qol buraxması gözlənilməz oldu. Özü də görüşdə hesabı açan tərəf qonaqlar olmuşdu. Fal 36-cı dəqiqədə “Neftçi” azarkeşlərini şoka saldı. Amma “ağ-qaralar” qolun şokundan çıxmağı bacardılar və fasiləyə qədər hesab meydan sahiblərinin xeyrinə dəyişdi. Şinyaşiki 44-cü dəqiqədə hesabı bərabərləşdirdisə, Moreno hissəyə əlavə olunmuş dəqiqələrdə “Neftçi”ni önə çıxardı.
Fasilədən sonra da ssenari dəyişmədi. Andre daha iki qolun müəllifi oldusa, Ağadadaş Salyanski 87-ci dəqiqədə adını tabloya yazdırdı. Bununla da “Kəpəz”in 1:5 hesablı məğlubiyyəti rəsmiləşmiş oldu. Xalını 53-ə yüksəldən “Neftçi” ikinci pilləyə yüksəlsə də, turu 3-cü pillədə başa vurdu. Buna da “Sumqayıt”ın qələbə qazanması səbəb oldu. 35 xal toplayan “Kəpəz” isə 8-ci pillədə qərarlaşıb.

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1 
Qol:
Alexandro Serrano, 63.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo
Baş məşqçi: Elmar Baxşıyev
"Turan Tovuz": 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 57. Cavid Qasımov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Bu tur “Turan Tovuz” üçün də düşərli oldu. Qərblilər ardıcıl üç turdur ki, davam edən məğlubiyyət seriyasına “Araz Naxçıvan”la oyunda son qoydular. Naxçıvanlı azarkeşlərin həsrətlə yolunu gözlədikləri “Araz Naxçıvan” özünə doğmalaşdırdığı Mərdəkanda növbəti yenilgisiylə barışdı. Elmar Baxşıyevin böhrandan qurtamağa çalışdığı komandanın durumu günü-gündən pisləşir. Düzdür, komanda elitanı tərk etmək qorxusu yaşamır. Bununla belə ortada nə nəticənin, nə də gözoxşayan oyunun olmadığını da deməliyik. Serranonun 63-cü dəqiqədə vurduğu qolla qələbə qazanan “Turan Tovuz” üçün də bu qələbə turnir cədvəli baxımından ciddi əhəmiyyət kəsb etmirdi. Bununla belə 3 xalın düşərgədəki gərgin əhval-ruhiyyəni bir qədər yumşaldacağı şübhəsizdir.
Ayxan Abbasovun komandasının aktivində 45 xal var və bu xal ehtiyatı 6-cı turda möhkəmlənməyə imkan verir. “Araz Naxçıvan” isə artıq 9-cu pilləyə yuvarlanıb, komanda da “Kəpəz”lə eyni sayda, yəni, 35 xal toplayıb.

“Zirə” – “Qarabağ” 0:1 
Qol:
Juninyo, 34-pen. 
"Zirə": 41. Anar Nəzirov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 95. Çerkez Hüseynov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
"Qarabağ": 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 6. Julio Romao, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

“Zirə” mövsümün sonuna doğru növbəti məğlubiyyəti “Qarabağ”dan aldı. Ötən tur Tovuzda əhəmiyyətli qələbə qazanan və bu qələbə sayəsində ikinci pilləyə yüksələn qəsəbə təmsilçisi mövqeyini də əldən verdi. “Qarabağ”la görüşün taleyini FİFA referisi Əliyar Ağayevin VAR-a baxdıqdan sonra təyin etdiyi penalti zərbəsi həll etdi. “Nöqtə”yə yaxınlaşan Juninyo büdrəməyincə “Zirə”nin məğlubiyyətinə səbəb olan yeganə qolu qapıdan keçirdi. Qalan dəqiqələrdə tərəflərin heç biri fərqlənə bilmədi və görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsiylə yekunlaşdı. 
Onsuz da rəqibləri üçün əlçatmaz olan “Qarabağ” xalını 79-a çatdırdı. 52 xalı olan “Zirə” isə dördüncü pilləyə gerilədi. 

“Qəbələ” – “Sabah” 2:0
Qollar:
Əyyub Allaş, 33. Klesio Bauk, 45+1.
Qırmızı vərəqə: Davit Volkov, 65.
"Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Tsxadadze.
“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev (k), 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.

“Zirə”nin bəxti onda gətirdi ki, “Qəbələ” “Sabah”ı məğlub etdi. “Sabah” səfərdən qələbəylə dönsəydi, onda “Zirə”ni də qabaqlayacaqdı. Çoxları hər şeyin elə bu cür də olacağını gözləyirdi. Amma proqnozların əksinə olaraq, “Sabah” Qəbələ səfərindən əliboş döndü. Oyuna istəkli başlayan meydan sahibləri Allaşın 33-cü dəqiqədə vurduğu qol sayəsində hesabda önə keçdilər. Fasilə ərəfəsində Bauk “qırmızı-qaralar”ın üstünlüyünü artırdı. İkinci hissədə Volkovun birbaşa meydandan qovulmasıyla “Sabah”ın xal arzuları da dəfn edildi. 
2:0 hesablı qələbəyə sevinən “Qəbələ” xalını 23-ə yüksəltmiş oldu. 52 xallı “Sabah” isə beşincidir.

"Sumqayıt” – “Səbail” 2:1 
Qollar:
Ninqa, 41- pen. ; 45 - Ramalinqom, 90+4.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev.

“Sumqayıt” “Səbail” üzərində layiqli qələbə qazanmaqla ikinci pilləyə yüksəldi. İlk dəqiqələrdən üstün görünən meydan sahibləri uzun müddət qol arzusunda oldular və xoşbəxtliyi rəqibin qapısında axtardılar. Sumqayıtlı azarkeşlərin qol arzusu penalti zərbəsindən sonra gerçəkləşdi. Rəvan Həmzəzadə VAR-a baxdıqdan sonra penalti təyin etdi və Ninqa 41-ci dəqiqədə bu şansdan yararlandı. Qolun müəllifi 4 dəqiqə sonra azarkeşləri yenidən ayağa qaldır. Künc zərbəsindən sonra “çərçivə”yə endirilən zərbəni Səlahət Ağayev qaytarsa da, Ninqanın təkrar zərbəsi qarşısıalınmaz oldu. İkinci hissə də “Sumqayıt”ın diqtəsiylə keçdi. Amma qol vuran tərəf “Səbail” oldu. Ramalinqom əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə fərdi ustalığı sayəsində hesab arasındakı fərqi azaltdı. Qonaqların gücü bundan artığına çatmayınca “Sumqayıt” 2:1 hesablı qələbəyə sevindi. 
Xalını 54-ə çatdıran “Qarabağ”ın ən yaxın izləyicisidir. Bir vaxtlar avrokuboklara vəsiqə həvəsinə düşən “Səbail” isə 42 xalla 7-ci sırayla kifayətlənib.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X