"Araz-Naxçıvan"ın sol cinah müdafiəçisi Turan Manafov karyerasını Avropada davam etdirə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən oyunçunun agenti hazırda iki klubla danışıq aparır.
Onlardan biri Trnava "Spartak"ı (Slovakiya), digəri isə "Qurnik Zabje"dir.
Qeyd edək ki, Manafov cari mövsüm "Araz-Naxçıvan" forması ilə Milsi Premyer Liqasında 33 matça çıxıb. Bu qarşılaşmalarda 3 qol vuran 25 yaşlı oyunçu 3 məhsuldar ötürmə ilə də yadda qalıb. O, Azərbaycan Kubokunda keçirdiyi 3 görüşdə məhsuldar göstəricilərə imza atmayıb. Turanın Naxçıvan təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.
Nihat