Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Fərrux Mahmudov bundan əvvəl "Neftçi" klubunun baş icraçı direktor vəzifəsində çalışırdı. O, həmin postdan mayın 31-də ayrılıb.