14:41 10.06.2024 705

“Araz-Naxçıvan” bazarı və ya Paris azarı

Növbəti mövsüm də Naxçıvan böyük futbolsuz qalacaq. Baxmayaraq ki, Muxtar Respublikanın təmsilçisi “Araz-Naxçıvan” artıq ikinci ildir Azərbaycan çempionatında iştirak hüququ qazanıb. Əslində, düşündüyüm o idi ki, 2024/25 mövsümünə sözügedən komandaya lisenziya verilməyəcək. Səbəbsə çoxdur:

Stadion nağılı

Klub rəsmilərinin ötən mövsümdən Naxçıvan stadionu ilə bağlı verdiyi vədlər gerçəkləşmədi. Konkret desək, ümumiyyətlə heç bir iş görülmədi. Buna baxmayaraq, yenidən eyni vədləri növbəti mövsüm üçün də verdilər. Nə sirri-xudadırsa, AFFA-nın Lisenziyalaşdırma qrupu nağılbazlara yenidən yaşıl işıq yandırdı. Əcəba, niyə? 

Sirr deyil ki, Zaur Axundov klubun qeyri-rəsmi prezidentidir. Məhz onun nüfuzu Lisenziya qrupunun müsbət rəyi ilə nəticələnib. Soruşa bilərsiniz ki, bəs lisenziyanın verilməsində Axundovun hansı təsir gücü var? İndi ki, Elxan Məmmədov yoxdur. 

Düzdür, Məmmədov AFFA-da cismən yoxdur, lakin Azərbaycan futbolunda  bəzi qərarlar hələ də Parisdən gələn təlimatlara görə alınır. Görünən odur ki, yeni komanda “köhnə qvardiya” ilə mübarizə aparmaqda acizdir. Səbəbləri ayrı yazımın mövzusu olacaq. Bir-iki cümlə onu deyim ki, yenilərin qərarsızlığı, qətiyyətsizliyi köhnələrin ayaqda qalmasına əsas səbəbdir. Hətta “hazırki rəhbərlikdə də, qurumun daxilində də fikir ayrılıqları var” və buna bənzər söz-söhbətlər yaymaqla ictimaiyyətin yeni komadaya olan ümidini sarsıtmağa çalışılırlar. Yenə təkrar edim, bu, Elxan Məmmədovun gücü deyil, yenilərin çarəsizliyi kimi sezilir.

Şübhəli oyunlar

Doğrudur, əldə fakt olmadan klubu danışılmış oyunlarda ittiham etmək olmaz. Amma ötən mövsüm “Araz-Naxçıvan”la bağlı futbol ictimaiyyətində, sosial şəbəkələrdə kifayət qədər xoşagəlməz fikirlər yayıldı. Bir neçə oyunun şübhə doğurmasını nəzərdə tuturam... 

Klub rəhbərliyi də eşitməmiş deyildi. Ancaq yayılan söhbətlər klub tərəfindən təkzib olunmadı. Bu məqamda da AFFA  Axundovun klubuna qarşı loyallıq sərgilədi. Başa düşdük, danışılmış oyunlarla bağlı UEFA-dan, “SportRadar”dan “siqnal” gələndən sonra bizim ali futbol qurumumuz hərəkətə keçir. Lakin AFFA-nın da daxili çempionatlarda şübhələndiyi oyunlarla bağlı aidiyyatı qurumlardan araşdırma tələb etmək hüququ var. Bunu etdilərmi? Yuxarıda qeyd etdiyim kimi, axı ictimaiyyətdə kifayət qədər şübhə vardı. Hə, yəqin ki, mövzu Məmmədovdursa, kadrları və onların klublarıdırsa, siqnal UEFA-dan, “SportRadar”dan deyil, Parisdən gəlməlidir. Bunu da anladıq. 

Transfer bazarı

Mövsüm bitər-bitməz 4  yerli futbolçu ilə anlaşan klub 7-8 oyunçu ilə də yollarını ayırıb. Göndərilən futbolçular barədə rəsmi xəbər yaxın günlərdə veriləcək. Gedənlərin əksəriyyəti əcnəbilər olacaq. Ötən mövsüm də belə idi. Bir aya komanda yığan Naxçıvan təmsilçisi dəyər-dəyməzinə futbolçular transfer etdi. İndi də keçən il gətirdiklərini bu il yola salacaqlar. Tanış ssenaridir. Vaxtı ilə Riad Rəfiyev də “Sumqayıt”da belə edirdi. Onda böyük qardaşı, dayağı AFFA-da söz sahibi idi. Havaya sovrulan, ölkədən çıxarılan pul isə dövlətin futbolun inkişafına ayırdığı vəsaitdir. O vəsait ki, Azərbaycanda Əhmədin, Məmmədin uşaqlarının gələcəkdə futbolumuzun inkişafına töhfə verməsi üçün ayrılır. Amma ölkədən dollarla çıxan pullar kənarda conların, ivanların balalarının  dəbdəbəli həyat tərzinə xərclənir. Onlar da hər bazar kilsədə, elxanlar, riadlar, zaurlar üçün şam yandırır, müqəddəs ata, oğul və müqəddəs ruh naminə dualar edirlər. 

Yarımbaşlığa – “transfer bazarı”na gəlincə, “Araz-Naxçıvan” kimi əsas büdcəsi dövlətdən maliyyələşən digər klublarımız da əcnəbi gətirir. Əsasən onların qiyməti 8-10 min manat civarında olur. Ancaq Muxtar Respublika təmsilçisi “Səbail”in 5 min manata razılaşmaq üzrə olduğu Ürfan Abbasova birdən-birə 8 min manat təklif edərək rənglərinə qatır. Nə min, nə də iki min, üç min manat fərqlə. Hələ bilmədiyimiz neçə belə anlaşmalar, dəyərindən artıq şişirdilmiş müqavilələr var. 

İcazə verin, bu il də şübhələnək. Zaur müəllim nə qədər vəsait ayırır ki, klub transfer bazarlığında bu qədər səxavətlidir? 

Nəqşicahan təmsilçisinin rəhbərliyinin nə keçən mövsüm Avropaya vəsiqə hədəfi olub, nə də gələn il üçün belə iddiası var. Məqsəd aydındır: Dövlətin maliyyəsi hesabına Elxan Məmmədovun Azərbaycan futbolunda gücünü qorumaq. AFFA-nın yeni rəhbərliyi isə hələ fil boyda işlər haqqında düşünür. 
Cənablar, ayılın! Parisə qulluq edən kadrlar, qurumlar, komandalar təmizlənməsə, bağlanmış yeni müqavilələr ən azı sizi növbəti mövsümə qədər “nokaut”a salacaq. Həmin klublara şifahi də olsa, transfer qadağası qoyulmalıdır. Keçən hər gün qarşı tərəfin qazancı, sizinsə ...

Nöqtələrin yerinə qoymağa söz fikirləşin, mən tapmadım. 

Əli Sahib
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2024
01:02

AÇ-2024:Avstriya və İngiltərə qrup lideri qismində 1/8 finala yüksəldilər

00:06

Niderland - Avstriya matçının ən yaxşı oyunçusu açıqlandı

25 İyun 2024
22:00

Jiqo Fransanı Türkiyəyə dəyişdi - Klublar razılığa gəldi

21:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:10

"Səbail" baş məşqçisi ilə yollarını ayırdı

20:20

"Bitdi, mən artıq yoxam" - Poqba təslim oldu

19:30

"Turan Tovuz"da rusiyalı qapıçı

18:40

"Səbail"in Ərzurumdakı sonuncu rəqibi müəyyənləşdi

18:19

Polşa Futbol Assosiasiyası Mixal Probejlə bağlı qərarının verdi

17:57

Rossi və Botka üz sümükləri qırılan futbolçunu ziyarət etdilər - FOTO

17:18

Elsner Fransa klubundan getdi - RƏSMİ

17:09

"Qəbələ"də yeni məşqçi

17:00

38 yaşlı Yanqla müqavilə yenilədilər

16:52

AFFA 2 kluba texniki məğlubiyyət verdi

16:43

"Avstriyanı qiymətləndirməmək olmaz" - Ronald Kuman

16:25

İran millisinin hücumçusu İtaliya nəhənginə keçdi

15:57

"Real"ın kapitanı getdi - RƏSMİ

15:40

"Qəbələ" kapitanı ilə müqaviləni yenilədi

15:30

Ilk depozitdə 100 % Free Bet qazanmaq şansını qaçırma!

15:22

"Şamaxı" sıralarına portuqaliyalı futbolçu cəlb etdi - RƏSMİ

15:04

İspaniya Avropa çempionatları tarixində bunu bacaran ikinci komanda oldu

14:47

Mbappe Polşa ilə oyuna Polşa şirkətinin hazırladığı bu maskada çıxacaq - FOTO

14:28

"Çoxları hər oyunda 4-5 beş qol buraxacağımızı düşünürdülər" -Silvinyo

14:10

"Mən əbədi olaraq futbol oynamaq istəyirəm" -Luka Modriç

13:53

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirildi

13:41

"Neftçi" rusiyalı legionerlə vidalaşdığını açıqladı

13:26

"Oyunlar son dəqiqələrdə vurulan qollarla daha gözəl olur"

13:08

"Azarkeşlərimizə görə çox məyusam" -Zlatko Daliç

12:50

Kvaratsxeliya PSJ ilə anlaşdı - İldə bu qədər qazanacaq

12:33

"Bu gün zirvədə ola bilərsən, amma..." - Luis de la Fuente

11:54

"Sabah" sabiq legionerini qaytardı

11:37

Azərbaycanlı funksioner Paris-2024-ün Təşkilat Komitəsində

11:18

Roberto De Dzerbinin yeni iş yeri bilindi

11:00

Kurban Berdıyev “Turan Tovuz”da️ - RƏSMİ

10:44

"Neftçi"də yeni baş icraçı direktor - RƏSMİ

10:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

Albaniya – İspaniya matçının ən yaxşı oyunçusu müəyyənləşdi

09:47

AÇ-2024: Nəticələr və təqvim

09:28

Xorvatiya – İtaliya matçının ən yaxşısı bəlli oldu

00:58

AÇ-2024: İspaniyadan maksimum nəticə, İtaliya məğlubiyyətdən son saniyələrdə xilas oldu

Facebookdan bizi izləməyi unutmayın.
X