14:41 10.06.2024 3430

“Araz-Naxçıvan” bazarı və ya Paris azarı

Növbəti mövsüm də Naxçıvan böyük futbolsuz qalacaq. Baxmayaraq ki, Muxtar Respublikanın təmsilçisi “Araz-Naxçıvan” artıq ikinci ildir Azərbaycan çempionatında iştirak hüququ qazanıb. Əslində, düşündüyüm o idi ki, 2024/25 mövsümünə sözügedən komandaya lisenziya verilməyəcək. Səbəbsə çoxdur:

Stadion nağılı

Klub rəsmilərinin ötən mövsümdən Naxçıvan stadionu ilə bağlı verdiyi vədlər gerçəkləşmədi. Konkret desək, ümumiyyətlə heç bir iş görülmədi. Buna baxmayaraq, yenidən eyni vədləri növbəti mövsüm üçün də verdilər. Nə sirri-xudadırsa, AFFA-nın Lisenziyalaşdırma qrupu nağılbazlara yenidən yaşıl işıq yandırdı. Əcəba, niyə? 

Sirr deyil ki, Zaur Axundov klubun qeyri-rəsmi prezidentidir. Məhz onun nüfuzu Lisenziya qrupunun müsbət rəyi ilə nəticələnib. Soruşa bilərsiniz ki, bəs lisenziyanın verilməsində Axundovun hansı təsir gücü var? İndi ki, Elxan Məmmədov yoxdur. 

Düzdür, Məmmədov AFFA-da cismən yoxdur, lakin Azərbaycan futbolunda  bəzi qərarlar hələ də Parisdən gələn təlimatlara görə alınır. Görünən odur ki, yeni komanda “köhnə qvardiya” ilə mübarizə aparmaqda acizdir. Səbəbləri ayrı yazımın mövzusu olacaq. Bir-iki cümlə onu deyim ki, yenilərin qərarsızlığı, qətiyyətsizliyi köhnələrin ayaqda qalmasına əsas səbəbdir. Hətta “hazırki rəhbərlikdə də, qurumun daxilində də fikir ayrılıqları var” və buna bənzər söz-söhbətlər yaymaqla ictimaiyyətin yeni komadaya olan ümidini sarsıtmağa çalışılırlar. Yenə təkrar edim, bu, Elxan Məmmədovun gücü deyil, yenilərin çarəsizliyi kimi sezilir.

Şübhəli oyunlar

Doğrudur, əldə fakt olmadan klubu danışılmış oyunlarda ittiham etmək olmaz. Amma ötən mövsüm “Araz-Naxçıvan”la bağlı futbol ictimaiyyətində, sosial şəbəkələrdə kifayət qədər xoşagəlməz fikirlər yayıldı. Bir neçə oyunun şübhə doğurmasını nəzərdə tuturam... 

Klub rəhbərliyi də eşitməmiş deyildi. Ancaq yayılan söhbətlər klub tərəfindən təkzib olunmadı. Bu məqamda da AFFA  Axundovun klubuna qarşı loyallıq sərgilədi. Başa düşdük, danışılmış oyunlarla bağlı UEFA-dan, “SportRadar”dan “siqnal” gələndən sonra bizim ali futbol qurumumuz hərəkətə keçir. Lakin AFFA-nın da daxili çempionatlarda şübhələndiyi oyunlarla bağlı aidiyyatı qurumlardan araşdırma tələb etmək hüququ var. Bunu etdilərmi? Yuxarıda qeyd etdiyim kimi, axı ictimaiyyətdə kifayət qədər şübhə vardı. Hə, yəqin ki, mövzu Məmmədovdursa, kadrları və onların klublarıdırsa, siqnal UEFA-dan, “SportRadar”dan deyil, Parisdən gəlməlidir. Bunu da anladıq. 

Transfer bazarı

Mövsüm bitər-bitməz 4  yerli futbolçu ilə anlaşan klub 7-8 oyunçu ilə də yollarını ayırıb. Göndərilən futbolçular barədə rəsmi xəbər yaxın günlərdə veriləcək. Gedənlərin əksəriyyəti əcnəbilər olacaq. Ötən mövsüm də belə idi. Bir aya komanda yığan Naxçıvan təmsilçisi dəyər-dəyməzinə futbolçular transfer etdi. İndi də keçən il gətirdiklərini bu il yola salacaqlar. Tanış ssenaridir. Vaxtı ilə Riad Rəfiyev də “Sumqayıt”da belə edirdi. Onda böyük qardaşı, dayağı AFFA-da söz sahibi idi. Havaya sovrulan, ölkədən çıxarılan pul isə dövlətin futbolun inkişafına ayırdığı vəsaitdir. O vəsait ki, Azərbaycanda Əhmədin, Məmmədin uşaqlarının gələcəkdə futbolumuzun inkişafına töhfə verməsi üçün ayrılır. Amma ölkədən dollarla çıxan pullar kənarda conların, ivanların balalarının  dəbdəbəli həyat tərzinə xərclənir. Onlar da hər bazar kilsədə, elxanlar, riadlar, zaurlar üçün şam yandırır, müqəddəs ata, oğul və müqəddəs ruh naminə dualar edirlər. 

Yarımbaşlığa – “transfer bazarı”na gəlincə, “Araz-Naxçıvan” kimi əsas büdcəsi dövlətdən maliyyələşən digər klublarımız da əcnəbi gətirir. Əsasən onların qiyməti 8-10 min manat civarında olur. Ancaq Muxtar Respublika təmsilçisi “Səbail”in 5 min manata razılaşmaq üzrə olduğu Ürfan Abbasova birdən-birə 8 min manat təklif edərək rənglərinə qatır. Nə min, nə də iki min, üç min manat fərqlə. Hələ bilmədiyimiz neçə belə anlaşmalar, dəyərindən artıq şişirdilmiş müqavilələr var. 

İcazə verin, bu il də şübhələnək. Zaur müəllim nə qədər vəsait ayırır ki, klub transfer bazarlığında bu qədər səxavətlidir? 

Nəqşicahan təmsilçisinin rəhbərliyinin nə keçən mövsüm Avropaya vəsiqə hədəfi olub, nə də gələn il üçün belə iddiası var. Məqsəd aydındır: Dövlətin maliyyəsi hesabına Elxan Məmmədovun Azərbaycan futbolunda gücünü qorumaq. AFFA-nın yeni rəhbərliyi isə hələ fil boyda işlər haqqında düşünür. 
Cənablar, ayılın! Parisə qulluq edən kadrlar, qurumlar, komandalar təmizlənməsə, bağlanmış yeni müqavilələr ən azı sizi növbəti mövsümə qədər “nokaut”a salacaq. Həmin klublara şifahi də olsa, transfer qadağası qoyulmalıdır. Keçən hər gün qarşı tərəfin qazancı, sizinsə ...

Nöqtələrin yerinə qoymağa söz fikirləşin, mən tapmadım. 

Əli Sahib
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:35

MPL: "Sabah" - "Səbail" oyununda bərabərlik- YENİLƏNİR

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

18:19

"Çelsi"nin baş məşqçisi Polşa klubuna məğlubiyyəti belə dəyərləndirdi

17:51

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

17:28

"Buraxdığımız iki asan qola bəraət qazandıra bilmərik" - Kukurelya məğlubiyyəti şərh etdi

17:09

"Bu, həyatımın ən yaxşı oyunu idi" - Leni Yoro

Facebookdan bizi izləməyi unutmayın.
X