"Şerif"in kapitanı Mussa Kiabu Moldovada "Zirə"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, malili yarımmüdafiəçi belə danışıb:
"Oyun bizim üçün vacibdir. Matça bir neçə həftədir hazırlaşırıq. Bu, avrokubokda ilk matçımızdır. Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir. Yaxşı nəticə qazanmaq üçün bacardığımızı ortaya qoyacağıq".
Qeyd edək ki, "Şerif" və "Zirə" arasında ilk duel iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena"da baş tutacaq. Mərdəkandakı qarşılaşma 20:00-da start götürəcək.