"Zirə"nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə (Moldova) qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq görüş qazaxıstanlı hakimlər briqadasına tapşırılıb.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də Moldovada baş tutan ilk oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.