22:08 25.09.2024 584

"Çalışacağıq çox səliqəli, çox düzgün, çox intizamlı oynayaq" - Qurban Qurbanov

"Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burada yoxdur. Yalnız bizim iki çox dəyərli jurnalistimiz buradadır. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub". 

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

"Oyuna hazırıq. Sabah yəqin ki, çalışacağıq çox düzgün, çox səliqəli, çox intizamlı oynayaq. Bizim üçün böyük təcrübədir. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədir. Sabah futbolçular çox güc sərf edərək, mütləq şəkildə yaxşı oyun göstərməyə çalışacaq" - deyə o bildirib.


Mütəxəssis 2015-ci ildə "Qarabağ" Londonda "Tottenhem"ə 1:3 uduzduqları oyun barədə söyləyib: " Həmin matç tam olaraq yadımdadır. Bəli, 1:3 uduzmuşduq. O vaxt da "Tottenhem" yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü "Tottenhem" daha dinamik, daha sürətlidir. Yeni baş məşqçi gələndən sonra bəlkə də, Premyer Liqanın ən sürətli pressinq edən komandalarından birinə çevriliblər. O vaxtkı "Tottenhem"lə indiki tamam fərqlidir. Tam fərqli oyun fəlsəfəsi var".

Q.Qurbanov "Dinamo"(Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxlarının yaxşı ki, "Qarabağ"ın ÇL-də olmadığı fikirlərini səsləndirməsinə belə münasibət bildirib: " Məncə, bu barədə düşünmək artıq gecdir. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı komandalarıdan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardır. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Əgər bu gün AL-də oynayırıqsa, o barədə düşünməyimiz doğru olmaz. ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdır kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çxodur. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq".

Azərbaycanlı çalışdırıcı "Tottenhem" haqda açılacaq sirr olmadığını vurğulayıb: "Rəqibin sirləri çoxdur. Bu barədə hansısa fikir bildirə bilməyəcəm".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

Facebookdan bizi izləməyi unutmayın.
X