Misli Premyer Liqasının 9-cu turunda "Zirə"ni qəbul edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra (1:0) təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis belə danışıb:
"Zirə" Azərbaycan çempionatında ən maraqlı komandalardan biridir. Bilirdik ki, çətin olacaq. Futbolçulara təşəkkür edirəm ki, rəqibin həmlələrinin qarşısını ala bildilər. İkinci hissədə planlı dəyişikliklər edib istədiyimiz nəticəni qazandıq. Planlı dəyişiklik deyəndə, Otto Con, Xəyal Nəcəfov və Aleks Souzanı sonradan meydana buraxıb hücumun kəsərini artırdığımızı nəzərdə tuturam".